» » Nazir bağlı əmr

Nazir bağlı əmr imzalayıb

Bölmə: Sosial
Nazir bağlı əmr  Təhsil naziri Mikayıl Cabbarov “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” əmr imzalayıb.

Xalqinfo.az bildirir ki,Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları” təsdiq edilib.

“Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” Azərbaycan Respublikası təhsil nazirinin əmri:

1.“Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2.2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun keçirilməsi üçün müsabiqə və apelyasiya komissiyalarının tərkibi təsdiq edilsin (əlavə olunur).
3.İnsan resursları şöbəsi (F.Qədirov), İlk peşə və orta ixtisas təhsili şöbəsi (S.Vəliyev):
3.1.Ümumi təhsil müəssisələrindən və peşə liseylərindən daxil olan vakant yerləri təhlil etsinlər və müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələr üçün iyun ayının 1-dək müvafiq qaydada elan verilməsini təmin etsinlər;
3.2.01-10 iyun 2015-ci il tarixlərində iş yerinin bir rayondan (şəhər) digər rayona (şəhər) dəyişdirilməsi üzrə, 01-15 iyul 2015-ci il tarixlərində isə müəllimlərin işə qəbul üzrə elektron ərizələrin qəbulunu təşkil etsinlər.
4.Təhsil sisteminin informasiyalaşdırılması idarəsi (S.Məmmədov) müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələrin keçirilməsi ilə bağlı elektron proqram təminatı üzrə texniki hazırlıq işlərinin və zəruri təşkilati məsələlərin yerinə yetirilməsini təmin etsin.
5.İnsan resursları şöbəsi (F.Qədirov), Daxili nəzarət şöbəsi (K.Quliyev) müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələrin müsahibə mərhələsində namizədlərin təhsil sənədlərinin yoxlanılmasını təmin etsinlər.
6.İnsan resursları şöbəsi (F.Qədirov):
6.1.İşə qəbul üzrə müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə test tapşırıqlarının hazırlanmasını və onların məxfiliyini təmin etsin;
6.2.Müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı müsabiqələrin nəticələrinin Nazirliyin rəsmi internet saytında yerləşdirilməsini, təsdiq olunmuş siyahıların müşayiətedici məktubla yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə göndərilməsini təmin etsin.
7.Yerli təhsili idarəetmə orqanları daxil olmuş müraciətlər əsasında 01-10 may 2015-ci il tarixlərində ümumtəhsil müəssisə rəhbərlərinin rəylərini nəzərə almaqla müəllimlərin rayon (şəhər) daxili yerdəyişməsini təşkil etsinlər.
8.Yerli təhsili idarəetmə orqanlarının, Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərləri:
8.1.2015-ci il may ayının 15-dək yeni tədris ili üçün vakant yerlər barədə məlumatların müəyyən edilmiş forma üzrə (forma əlavə olunur) elektron proqram təminatına daxil edilməsini təmin etsinlər;
8.2.Müsabiqə nəticəsində iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin bağlanılmasını təmin etsinlər;
8.3.Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 14 aprel 2010-cu il tarixli 67 nömrəli Qərarına uyğun həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunan müəllimlər üçün ilkin yaşayış şəraitinin yaradılmasını, nəzərdə tutulmuş əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin vaxtında verilməsini təmin etsinlər;
8.4.Nazirliyin keçirdiyi müsabiqələrin nəticəsi olaraq iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər, həmçinin dərs ili başlandıqdan sonra mövcud vakant yerlər haqqında sentyabrın 20-dək müəyyənləşdirilmiş formada Təhsil Nazirliyinə elektron və yazılı məlumat təqdim etsinlər.
9.İnformasiya şöbəsi (E.Əliyev) Nazirliyin İnternet saytında “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsində bu əmrin, işə qəbul üzrə müsabiqədə iştirak edən namizədlər üçün nəzərdə tutulmuş digər məlumatların və müsabiqələrin nəticələrinin yerləşdirilməsini, vakant yerlər haqqında məlumatın “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
10.Əmrin icrasına nəzarət Aparat rəhbərinə (M. Eynullayev) həvalə edilsin.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler