» » Ölən qadın sağlam uşaq

Ölən qadın sağlam uşaq doğdu

Bölmə: Sosial, Dünya
Amerikanın Nebraska şəhərində beyin ölümü keçirmiş hamilə qadın sağlam uşaq dünyaya gətirib.

Xalqinfo.az-ın məlumatına görə, 2 ay əvvəl beyin ölümü keçirən 22 yaşlı Karla Peres körpəsini dünyaya gətirməsi üçün aparata qoşulmuşdu.

Karla ikinci uşağa hamilə idi. Fevral ayında gənc ana evdə olarkən qəflətən güclü qanaxmadan az qala öləcəkdi. Beyin ölsə də, həkimlər 54 gün ərzində onu aparatdan ayırmayıblar.

Aprel ayında döl artıq doğuşa hazır olanda, həkimlər qeysəriyyə əməliyyatı edirlər. Onun oğlu dünyaya gəlir.

"Karlanın ölümü ağır itkidir, lakin onun qoyduğu miras son dərəcə gözəldir"- deyə qadın xəstəxanasının vitse-prezidenti bildirib.

Həkimlər qeyd edirlər ki, ananın vəziyyəti körpənin sağlamlığına ciddi zərər vurmayıb. Onun vəziyyəti stabildir.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler