» » Mübariz Qurbanlı:

Mübariz Qurbanlı: "Ermənilərin etdiyi islam dünyasına hörmətsizlikdir"

Bölmə: Sosial
Mübariz Qurbanlı:Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İrana səfəri çərçivəsində İran İslam İnqilabının Ali Rəhbərinin katibliyinin beynəlxalq əlaqələr üzrə müavini Ayətullah Möhsen Qumi ilə görüşüb. lent.az-ın komitənin saytına istinadən məlumatına görə, görüşdə M. Qurbanlı dinin hər bir cəmiyyətin ictimai-siyasi həyatında mühüm rol oynadığını qeyd edib.

Müstəqil Azərbaycanda dinə göstərilən dövlət qayğısından danışan komitə sədri deyib ki, hazırda ölkəmizdə 2 min məscid fəaliyyət göstərir: "Qafqazda ən böyük məscid prezident İlham Əliyevin göstərişi ilə Bakıda inşa edilən Heydər məscididir. Burada eyni vaxtda 4 min adamın ibadət etməsi üçün şərait yaradılıb. Yalnız dini təhsil almış, savadlı din xadimləri məscidlərdə ibadət apararaq İslam dinini düzgün təbliğ edirlər. İran ilə Azərbaycanın mədəni və dini bağlılığı var. Bu faktı nəzərə alan İran İslam İnqilabının Ali rəhbəri ayətullah Seyid Əli Xamneyi də Azərbaycana hər zaman yaxşı münasibət bəsləyib və hər iki xalqın daha da yaxınlaşmasını tövsiyə edib".

M. Qurbanlı ermənilərin işğal altında olan torpaqlarımızda dini abidə hesab edilən məscidlərə qarşı hörmətsiz yanaşmalarını, həmin rayonlardakı məscidlərin təsərrüfat işləri üçün istifadə edildiyini bütün İslam dünyasına qarşı nümayiş etdirilən hörmətsizlik kimi qeyd edib.

Azərbaycanın dövlət və din xadimlərini İranda görməkdən məmnun olduğunu bildirən M. Qumi deyib ki, İran İslam İnqilabının Ali rəhbəri müsəlman ölkələri ilə əlaqələrin genişlənməsinə xüsusi önəm verir: “Azərbaycan dost və qardaş ölkədir. Biz hər zaman Azərbaycanı dəstəkləməyə hazırıq”.

M. Qumi nəzərə çatdırıb ki, İslam inqilabından sonra İranda insan hüquqları yüksək səviyyədə qorunmağa başlandı: "Qadınların hüquqları isə xüsusilə diqqət mərkəzindədir. Hazırda İranın ali təhsil müəssisələrində təhsil alanların 63 faizi, dövlət idarələrində çalışanların isə 30 faizini qadınlar təşkil edir. İslam insanı inkişafa və tərəqqiyə çağıran dindir. Lakin onun əleyhinə çox mənfi təbliğat aparılır. Bu təbliğatın qarşısını qarşılıqlı əməkdaşlıqla ala bilərik”.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov görüşdə iştirak edib. Görüşün sonunda M.Qumini Bakıya səfərə dəvət edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler