» » Lerik məşəli

Lerik məşəli qarşıladı

Bölmə: Sosial
Lerik məşəli Birinci Avropa Oyunlarının məşəlini cənub bölgəsində Lənkərandan sonra 2-ci olaraq Lerikdə qəbul edilib. XALQİNFO.AZ bildirir ki,ANS PRESS-in bölgə müxbirinn verdiyi məlumata görə, uzunömürlülər diyarının giriş qapısında məşəlçiləri minlərlə rayon sakini qarşılayıb.

Məşəli daşımaq şərəfi isə rayonun tanınmış idmançılarına həvalə olunub. Lerikin giriş qapısından H.Əliyev meydanına qədər, təqribən 1115 metr məsafədə məşəl daşınıb və H.Əliyev meydanında maraqlı bayram tədbiri olub.

Bayram ovqatlı tədbirdə leriklilər bildiriblər ki, onlar belə bir oyunun ilk dəfə Azərbaycanda keçirilməsindən qurur duyurlar.

Birinci Avropa Oyunlarının məşəli mərkəzi H.Əliyev meydanında qurulmuş səhnədə tamaşaçıların gur alqış sədaları altında alovlandırılıb.

Qeyd edək ki, Lerikdən sonra Avropa Oyunlarının məşəli bu gün axşam saatlarında Astarada alovlandırılacaq.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler