“Azercell” “Asan İmza” xidmətindən pulsuz istifadəBölmə: Sosial
Azərbaycanın mobil operatoru “Azercell Telekom” MMC “Asan İmza” xidmətinə pulsuz qoşulma kampaniyasını elan edir.Xalqinfo.az bildirir ki,Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, mayın 10-dan 31-dək “Asan İmza”ya qoşulma ödənişsiz olacaq. Bu xidmətin aktivləşdirilməsi üçün 18 manat təyin olunub. Qeyd edilən tarixlərdə abunəçilər mobil operatora müraciət edərək bu məbləği ödəmədən “Asan İmza” xidmətini aktivləşdirə biləcəklər. Hazırda “Elektron hökumət” portalında 400-dən artıq, ümumilikdə isə ölkə üzrə sayı 500-ü keçmiş elektron xidmətlərdən yararlanmaq üçün “Asan İmza”dan istifadə oluna bilər. “Asan İmza”nın köməyilə vətəndaşlar kütləvi istifadə üçün nəzərdə tutulmuş bir sıra elektron xidmətlərdən asanlıqla və operativ şəkildə faydalana bilərlər. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|