» » SOCAR prezidenti yaşayış evlərinin altında baş verən qaz sızmasından danışdı

SOCAR prezidenti yaşayış evlərinin altında baş verən qaz sızmasından danışdı

Bölmə: Sosial
SOCAR prezidenti yaşayış evlərinin altında baş verən qaz sızmasından danışdıAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Abşeron rayonunun Masazır qəsəbəsindəki yaşayış evlərinin altında baş verən qaz sızmasına münasibət bildirib.

apa-nın xəbərinə görə, R. Abdullayev bildirib ki, evlərin altından sızan şist qazdır. “Həmin ərazidə "Azəriqaz" İstehsalat Birliyinin qaz kəməri keçmir. Həmin ərazidə yerin altından sızan şist qazıdır və bu, təbii prosesdir. Orada palçıq vulkanları var. Bundan "Atəşgah" məbədində də var. Abşeronda çox yerdə analoji qaz sızmaları var", - deyə SOCAR prezidenti qeyd edib.

O bildirib ki, SOCAR hər zaman mədən ərazilərində yaşayış evlərinin tikilməsinə qarşı mübarizə aparıb, çünki bu, insanların həyatı üçün olduqca təhlükəlidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler