» » Heydər Əliyev Mərkəzində

Heydər Əliyev Mərkəzində nikah girdilər

Bölmə: Sosial, Şou
Heydər Əliyev Mərkəzində Yeni ailə quranların Heydər Əliyev mərkəzlərində təntənəli nikah mərasimlərinin keçirilməsi artıq ənənə halını alıb. Növbəti belə mərasim Abşeron rayonunda olub.

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Əli Abbasov və Nigar Ələsgərlinin nikah mərasimi keçirilib.

Ailə quran gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Gənclər, həmçinin Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla və fotoşəkillərlə tanış olublar.

Mərkəzin direktoru Tükəzban Həsənova yeni ailə həyatı quran gənclərə ən xoş arzularını bildirib.

Gənclər nikah mərasiminin dahi rəhbərin adını daşıyan Mərkəzdə keçirilməsindən qürur duyduqlarını bildirərək, bu günü həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını vurğulayıblar.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler