» » Bakıda ANS üçün yeni bina tikilir

Bakıda ANS üçün yeni bina tikilir

Bölmə: Sosial
Bakıda ANS üçün yeni bina tikilirANS yeni akademiyanın tikintisini də planlaşdırır

Bakıda ANS Şirkətlər Qrupu telekanal üçün yeni binanın tikintisinə start verib. lent.az-ın məlumatına görə, telekanalın yeni binası Badamdar qəsəbəsində yerləşəcək. Şirkətlər qrupunun mərkəzi ofisi də bu binada yerləşəcək. Artıq tikinti üçün ərazi alınıb və layihələndirmə işləri başa çatdırılıb.

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov Lent.az-a açıqlamasında xəbəri təsdiqləyib. M.Məmmədov bildirib ki, artıq tikinti işlərinə başlanılıb və binanın özülü qoyulub. Hazırda betonlama işləri davam etdirilir.

M.Məmmədov əlavə edib ki, Badamdardakı ofisdən əlavə şirkət öz akademiyasını yaratmağı da planlaşdırır. Akademiya Qobu qəsəbəsində yerləşəcək və tikinti üçün ərazi artıq alınıb.

Qeyd edək ki, ANS Şirkətlər Qrupu hazırda Azərbaycan Milli Elmlər akademiyasının Zoologiya İnstitutunun binasında yerləşib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler