» » Azərbaycana qar yağıb

Azərbaycana qar yağıb

Bölmə: Sosial
Azərbaycana qar yağıbQuba rayonunun dağlıq ərazilərinə 25 sm-dək qar düşüb.

apa-nın verdiyi məlumata görə, ən çox yağıntı Quba rayonunun Qırız kəndi ərazisində qeydə alınıb. Burada qarın qalınlığı 25 sm-ə çatıb.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən apa-ya verilən məlumata görə, qarın hündürlüyü Xınalıqda 20 sm, Bostankeçdə 18 sm, Qusar rayonunun Ləzə stansiyasında 12 sm, Kuzunda 7 sm, Susayda isə 6 sm-dir.

Havanın temperaturu bəzi yerlərdə mənfi 7 dərəcəyədək düşüb.

Qeyri-sabit hava şəraitinin aprel ayının 25-dək davam edəcəyi gözlənilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler