» » Bakı avropalıları belə təəccübləndirəcək

Bakı avropalıları belə təəccübləndirəcək

Bölmə: Sosial
Bakı avropalıları belə təəccübləndirəcək"Azərbaycan Bakı-2015 Avropa Oyunları zamanı Avropa standartlarına uyğun olaraq qonaqları qarşılayacaq. Biz öz fəaliyyətimizlə avropalıları təəccübləndirəcəyik".

anspress-in məlumatına görə, bu sözləri Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov "Günə Baxan" verilişində deyib.

O bildirib ki, Bakıda minlərlə küçə var və aidiyyatı orqanlar üzərinə düşən öhdəlikləri yerinə yetirərək şəhər yollarındakı problemləri aradan qaldıracaq: "Bəzən sürücülərin günahından problemlər yaranır. Piyadalar və sürücülər üzərinə düşəni etməlidir ki, şəhər nəqliyyatında problemlər yaranmasın. Avropa Oyunları zamanı yollara ciddi nəzarət olunacaq və sərt cərimələr tətbiq olunacaq. Məsələn, "parkinq yoxdur" xidməti göstəriləcək. Belə olan halda vətəndaş avtomobilini həmin ərazilərdə saxlaya bilməyəcək. Biletlə yarış izləməyə gələn vətəndaş "park et və get" nişanı olan yerdən idman obyektinə ictimai nəqliyyatla gedəcək".

Nazirlik rəsmisi qeyd edib ki, taksilərə də ciddi nəzarət olunacaq. N.Həsənovun sözlərinə görə, taksilər idman arenalarına yaxın yerlərə gedə bilməyəcək: "Biz bunun üçün lazımi işlər görəcəyik. Yalnız "London taksiləri" bu xidməti göstərə biləcək".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler