» » Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişiklik edilir

Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişiklik edilir

Bölmə: Sosial
Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişiklik edilirAzərbaycanda sərbəst toplaşmanın təşkili ilə bağlı qaydalarda dəyişiklik edilir
Milli Məclisdən apa-ya verilən məlumata görə, bununla bağlı “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 10-cu (Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanının qərarlarının toplantı təşkilatçılarına çatdırılması) maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə artıq azı 3 iş günü qalmış yox, ümumiyyətlə 3 gün qalmış yazılı şəkildə çatdırılmalıdır. Layihədə o da bildirilir ki, həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler