» » Rəsul Cəfərov məhkəmədə son söz dedi

Rəsul Cəfərov məhkəmədə son söz dedi

Bölmə: Sosial
Rəsul Cəfərov məhkəmədə son söz dediBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

apa-nın məlumatına görə, məhkəmə prosesində dövlət ittihamçısı Mübariz Mirili replika hüququndan istifadə edərək, ötən gün keçirilən prosesdə müdafiə tərəfinin ittiham tərəfinin qərəzli olması barədə iddialarına cavab verib: "Bu düzgün deyil, ittiham tərəfinin hər hansı qərəzi yoxdur".

Daha sonra prosesdə Rəsul Cəfərov son söz deyib. O çıxışında hər zaman istintaq orqanına hörmətlə yanaşdığını qeyd edib: “Xahiş edirəm ki, mənim və vəkillərimin çıxışını nəzərə alaraq barəmdə bəraət hökmü çıxarılsın”.

Proses aprelin 16-da davam etdiriləcək. Sabah hökm oxunacağı gözlənilir.

Qeyd edək ki, İnsan Haqları Klubunun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs-qəti imkan tədbiri seçilib.

R. Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler