» » Bakı Ali Neft Məktəbində görüş

Bakı Ali Neft Məktəbində görüş

Bölmə: Sosial
Bakı Ali Neft Məktəbində görüşBakı Ali Neft Məktəbinə (BANM) Xəzər Strateji İnstitutunun (HASEN) nümayəndə heyəti səfər edib.


Səfər çərçivəsində Xəzər Strateji İnstitutunun (HASEN) Ali Məşvərət Şurasının üzvü, keçmiş səfir Halil Akıncı, İstanbul Universitetinin tədris üzrə nümayəndəsi, HASEN Ali Məşvərət Şurasının üzvü, professor Deniz Ülke Arıboğan və başqaları BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ilə görüş keçiriblər.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, dünyanın bir çox tanınmış şirkətləri və universitetləri ilə qurulan əməkdaşlıqdan danışıb.

Görüşdə ikitərəfli əməkdaşlıq imkanları, Xəzər Strateji İnstitutunun nəşr etdiyi müxtəlif tədqiqat materialları, həmçinin gələcəkdə seminar, təlim və praktik kursların təşkil edilməsi barədə müzakirələr aparılıb.

Sonda qonaqlar professor-müəlim heyəti və tələbələrin suallarını cavablandırıblar.

qafqazinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler