» » Qəbələdə Pasxa bayramı

Qəbələdə Pasxa bayramı

Bölmə: Sosial
Qəbələdə Pasxa bayramıBütün xristian aləmində olduğu kimi, Qəbələnin Nic qəsəbəsində yaşayan udinlər Pasxa bayramını qeyd ediblər. “Cotari” alban kilsəsində təşkil olunan mərasimdə bayramın mahiyyətindən danışılıb, dini ayinlərin icrası üçün hər bir şəraitin yaradıldığı qeyd olunub. Həmçinin, bayram münasibətilə təbriklər səsləndirilib.

Kanal S (Region TV) xəbər verir ki, Qəbələnin Nic qəsəbəsində təşkil olunan Pasxa bayramında Alban-udin icmasının rəhbəri, kilsənin keşişi və icma üzvləri çıxış edib, bu münasibətlə bütün xristianları təbrik ediblər. Udinlər Azərbaycanda mehriban dostluq şəraitində yaşadıqlarını, onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını bildiriblər. Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub.

Qəsəbədə 3 kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xiristianların ziyarət etdiyi 5-6 pir var. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Qəsəbədə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

Xatırladaq ki, sovetlər dönəmində udinlərə öz bayramlarını qeyd etmək qadağan olunmuşdu. Ancaq ölkəmiz müstəqillik əldə etdikdən sonra onlar etnik xalq olaraq bayramlarını hər il qeyd edirlər. Onlara yaradılan imkanların bariz nümunəsi kimi 2002-ci ildə “Cotari“ məbədinin əsaslı təmir və bərpasını qeyd etmək olar. Bir sözlə, Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler