» » Sinoptiklərdən müjdə

Sinoptiklərdən müjdə

Bölmə: Sosial
Sinoptiklərdən müjdəAzərbaycanda son bir necə gün ərzində müşahidə edilən qeyri-sabit hava şəraiti aprelin 14-ü gündüzə kimi davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova trend-ə bildirib ki, sabah günortadan sonra əksər rayonlarda yağıntılar kəsiləcək.

Hazırda isə Bakıda və Abşeron yarımadasında müşahidə edilən, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun gündüz saatlarında 7-10 dərəcə isti olacağı gözlənilir.

Hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından bir dərəcə aşağıdır və müşahidə edilən hava şəraiti aprel ayı üçün xarakterikdir.

Hazırda Azərbaycanın rayonlarında da hava yağıntılıdır. Dağlıq ərazilərə sulu qar yağır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler