» » Azərbaycanlı fəhlə xarici neft şirkətini belə uddu...

Azərbaycanlı fəhlə xarici neft şirkətini belə uddu...

Bölmə: Sosial, BLOK XƏBƏR
Azərbaycanlı fəhlə xarici neft şirkətini belə uddu...
Binəqədi Oil” xarici neft şirkəti öz işçisi tərəfindən məhkəməyə verilib.

Şirkət isə azərbaycanlı fəhlələrə qəribə xəbərdarlıq edib. Belə ki, işçilərindən narazı olacaqları təqdirdə şirkətə qarşı Azərbaycanda deyil, xarici ölkələrin birində məhkəmə iddiası qaldırmaları tələb edilib.

Bu barədə virtualaz.org saytına Netçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev məlumat verib.

A.Quliyevin sözlərinə görə, şirkətin əməkdaşı Məhəmməd Gülağa oğlu Həsənov işə bərpa və buraxılmış iş günlərinin əməkhaqısının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. “Binəqədi Oil” şirkəti isə Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək bildirib ki, onlar xarici şirkətin nümayəndəliyi olduqları üçün yerli işçilər bu şirkətə qarşı iddiaları xarici ölkədə qaldırmalıdır. Binəqədi Rayon Məhkəməsi və Apelyasiya Məhkəməsi isə onların istəyini yerinə yetirməyib.

Vəkil bildirdi ki, “Binəqədi Oil” şirkəti məhkəmənin qərarını yerinə yetirməkdən imtina edib. Səbəb kimi isə qərarı başa düşmədiklərini əsas gətirib: “Rəsmi müraciət edərək hakimdən izahat verməsini tələb edirdilər. Amma hakim ərizəni təmin etmədi. Nəticədə şirkət qərarı yerinə yetirməyə məcbur oldu”.

Qeyd edək ki, “Binəqədi Oil” şirkəti “Global Energy Azerbaijan Group”a (“GEA”) daxildir.

GEA Azərbaycanda quruda neft hasilatı ilə məşğul olan ən böyük xarici şirkət sayılır. GEA Azərbaycanda 5 Hasilatın Pay Bölgüsü (PSA) sazişinin operatorudur. Həmin sazişlər bu şirkətlər vasitəsilə idarə olunur: “Absheron Operating Company”, “Binagadi Oil Company”, “Karasu Operating Company”, “Neftechala Operating Company” və “ Shirvan Operating Company”.

“Global Energy”nin işlədiyi neft yataqlarından 10-u Abşeron yarımadasında, qalanları Kür vadisində yerləşir.

“Binəqədi Oil” şirkəti “Binəqədi”, Qırmakı”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Fatmai”, “Şabandağ” və “Sianşor”da çalışır.

GEA Vircin adalarının Britaniyaya aid hissəsində qeydə alınmış “GCM Global Energy Plc.” şirkətinin filialıdır. Əvvəllər bu şirkət “Russneft”in offşor törəmə şirkəti kimi fəaliyyət göstərib. Sonradan isə adını dəyişərək “Global Energy” şirkətinə çevrilib. “Global Energy”nin sahibi isə çeçen əsilli rusiyalı sahibkar Mixail Safarbekoviç Qutseriyevdir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler