» » Bakıda çoxmərtəbəli bina yandı- 40 nəfər təxliyyə edildi

Bakıda çoxmərtəbəli bina yandı- 40 nəfər təxliyyə edildi

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Bakıda çoxmərtəbəli bina yandı- 40 nəfər təxliyyə edildi
Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsindən on altı mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 80 p.m , axırıncı mərtəbədə ümumi sahəsi 6 kv.m olan elektrik otağında kabellər 3 p.m yanıb, hər mərtəbədə quraşdırılmış elektrik sayğacları və binanın zirzəmisində quraşdırılmış 60 ədəd elektrik sayğacının 32 ədədi yüksək temperaturdan əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən yuxarı mərtəbələrdən 40 nəfər bina sakini təxliyə olunub. Yanğından mənzillər mühafizə olunub. Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler