» » Bakıda 10 maşın toqquşdu-ölən var+ Fotolar

Bakıda 10 maşın toqquşdu-ölən var+ Fotolar

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Bakıda 10 maşın toqquşdu-ölən var+ Fotolar

Bakının Dərnəgül şosesində ağır yol nəqliyyat hadisəsi baş verib, 10 maşın bir-birilə toqquşub, ölən var.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, saat 23 radələrində Dərnəgül şossesinin Nərimanov rayonuna aid ərazisində 02 BL 304 dövlət nömrə nişanlı “Lifan” markalı maşınla 90 LN 425 dövlət nömrə nişanlı “Mercedes” toqquşub. Bu zaman arxadan sürətlə gələn 99 GK 743 dövlət nömrə nişanlı “Daevo Gentra” və 90 SR 038 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil də onlara çırpılıb.

Şossedə sürətlə hərəkət edən 90 LH 816 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobil də qəza törətmiş digər avtomobillərə çırpılıb.

Sürətlə gələn 90 JN 260 dövlət nömrə nişanlı “MAZ” da qəza törətmiş avtomobillərə çırpılıb. Şossedə hərəkətdə olan 10 ZE 823 dövlət nömrə nişanlı “KAMAZ” isə “MAZ”a çırpılıb.

“KAMAZ”ın sürücüsü dərhal hadisə yerində ölüb.

“KAMAZ”ın çırpıldığı “MAZ” isə zərbənin təsirindən yolda hərəkətdə olan 10 HB 688 dövlət nömrə nişanlı “VAZ 2107”ə, o da öz növbəsində 90 EN 793 dövlət nömrə nişanlı “Mercedes”ə çırpılıb. “Mercedes” isə 90 LP 329 “Shevrolet Aveo” ilə toqquşub.

Hadisə yerində Dövlət Yol Polisinin əməkdaşları işləyir. Magistralda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Hadisə nəticəsində bir nəfər ölüb, ağır xəsarət alan olmayıb.
Bakıda 10 maşın toqquşdu-ölən var+ Fotolar
Bakıda 10 maşın toqquşdu-ölən var+ Fotolar
Bakıda 10 maşın toqquşdu-ölən var+ Fotolar
Bakıda 10 maşın toqquşdu-ölən var+ Fotolar
Bakıda 10 maşın toqquşdu-ölən var+ Fotolar
Bakıda 10 maşın toqquşdu-ölən var+ Fotolar
Bakıda 10 maşın toqquşdu-ölən var+ Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler