» » İlham Əliyevdən Torpaqlarla bağlı

İlham Əliyevdən Torpaqlarla bağlı Sərəncam

Bölmə: Sosial, BLOK XƏBƏR
 İlham Əliyevdən Torpaqlarla bağlı
Prezident İlham Əliyev “Torpaq icarəsi haqqında” qanununda dəyişiklik edilməsi barədə sərəncam verib.

ans press-in məlumatına görə, “Torpaq icarəsi haqqında”qanunda torpaqların icarəyə verilməsinin ümumi qaydalarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, qanunda “Bələdiyyə” sözü “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə” sözləri ilə əvəz edilib.

İlham Əliyev sözügedən qanunun tətbiqini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinə tapşırıq verib ki, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Nazirlər Kabineti normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Həmin qanundan irəli gələn digər məsələlər həll edilməlidir.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler