» » İcra başçısından qiymət

İcra başçısından qiymət Açıqlaması

Bölmə: Sosial, BLOK XƏBƏR
İcra başçısından qiymət


"Bayram yarmarkasında olan məhsulların qiymətlərinə nəzarət olunur".

Bunu ans press-ə açıqlamasında Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyib. O bildirib ki, Yasamal rayon ərazisində iki yarmarka təşkil olunub.

"Bunlardan biri ənənəvi olaraq keçirilən yarmarkadır. Digəri isə Akim Abbasov küçəsində təşkil olunub. Bu yarmarkalarda satıcılar deyil, sırf fermerlər iştirak edir. Onlar öz məhsullarını alıcılara təklif edirlər. Qiymətlər kifayət qədər ucuzdur. Əhalinin də yarmarkaya marağı yüksəkdir", -deyə icra başçısı bildirib.

İ.Mehdiyevin sözlərinə görə, yarmarka dövlət tərəfindən təşkil olunduğu üçün fermerlər yer haqqı üçün əlavə vəsaitlər ödəmirlər, bu isə qiymətlərin daha da ucuz olmasına şərait yaradır.

Qeyd edək ki, paytaxtın bəzi rayonlarında və ünvanlarında kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilir:

Xətai rayonu (2 ünvanda) -Ukrayna dairəsinin yanı;

-Bakı kinoteatrının yanı;

Nəsimi rayonu -S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi;

Yasamal rayonu -Akim Abbasov küçəsi, İran klinikasının yanı;

Nərimanov rayonu -Gənclik metrosunun yanı;

Səbail rayonu -Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası;

Suraxanı rayonu (2 ünvanda) -Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev 2, “Vətən Şəhidləri Unudulmur” abidələr kompleksinin və hərbi hissənin yanı



-Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 12;

Binəqədi rayonu -Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler