» » Azərbaycanda 3 min nəfərin maaşı artırıldı


Azərbaycanda 3 min nəfərin maaşı artırıldı

Bölmə: Sosial, BLOK XƏBƏR
Azərbaycanda 3 min nəfərin maaşı artırıldı
Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurası bu ildən professor-müəllim heyəti və əməkdaşların əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edib. Ali məktəbin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qərara əsasən, BDU-da inzibati idarəetmədə çalışan rəhbər heyətin, dekan, dekan müavinləri, kafedra müdirləri, professor və dosentlər, baş müəllim və müəllimlər, o cümlədən digər əməkdaşların əmək haqqı artırılıb. Hazırda dekanların əmək haqqı 1400, kafedra müdirlərinin əmək haqqı 1200, professorların əmək haqqı 1000, dosentlərin isə əmək haqqı 830 manat civarında müəyyənləşib. Artım ümumilikdə universitetin 3 minədək əməkdaşına şamil edilib.
Bundan əlavə olaraq, Bakı Dövlət Universitetində fəaliyyətlərinə, peşəkarlıqlarına, əldə etdikləri nailiyyətlərə görə fərqlənmiş bir qrup əməkdaşın da əmək haqqı differensasiya yolu ilə müəyyən qədər artırılıb. Həmçinin universitetin hər bir kafedrasında fakültə dekanı, tədris-metodiki şurası və və fakültə Həmkarlar Təşkilatı sədrlərinin iştirakı ilə iclaslar keçirilib, hər bir müəllimin son 3 il ərzində elmi, tədris və ictimai fəaliyyəti ətraflı təhlil edilərək və tələbələrin akket sorğusunun nəticələri nəzərə alınaraq müvafiq namizədlər irəli sürülüb, həmin əməkdaşların maaşı bu aydan etibarən cari ilin sonunadək əlavə 100 manat artırılıb ki, bu da 300 nəfərə şamil olunub.
Son illər əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu gün Bakı Dövlət Universitetində professor-müəllim heyətinin əməkhaqqı minimum 600, maksimum 1400 manat təşkil edir və orta aylıq əmək haqqı 1000 manatdır. Bundan əlavə, 90-dan artıq beynəlxalq və yerli, o cümlədən universitetdaxili 50+50 və fərdi qrant layihəsi ilə işləyən çoxsaylı professor-müəllim heyətinin universitet maaşı ilə birgə aldığı əməkhaqqı 3000 manatdan çoxdur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler