» » Nazirlik təhlükəli mallar satılan mağazaların siyahısını açıqladı

Nazirlik təhlükəli mallar satılan mağazaların siyahısını açıqladı

Bölmə: Sosial
Nazirlik təhlükəli mallar satılan mağazaların siyahısını açıqladı
İqtisadiyyat və Sənaye Nazirliyi yararlılıq müddəti tamamlanmış, köhnə ərzaq məhsulları satan mağazaların yeni siyahısını açıqlayıb.

Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, aparılan yoxlamalar zamanı Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi 28 ünvanında “Vüqar” firmasına məxsus mağazada köhnə ərzaq məhsullarının satışdan çıxarılmadığı bəlli olub.

Bundan əlavə, Sumqayıtda 41-ci məhəllədə Orxan Əliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.

Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində Elşən Yusifova məxsus mağazada, M.Rəsulzadə qəsəbəsi, Ü.Hacıbəyov küçəsi 5 ünvanında Aqil Yəhyayeva məxsus mağazada, Xətaidə Zığ qəsəbəsi, Əbilov küçəsi 18/8A ünvanında Ruslan Əfəndiyevə məxsus mağazada, Nərimanov rayonunda Ə.Rəcəbli prospekti, 26/43 ünvanında Dövlətxan Sarıyevə məxsus mağazada əhaliyə köhnə ərzaqlar satılıb.

Həmçinin rayonlarda aparılan yoxlamalar zamanı Ucar şəhərində, Azərbaycan küçəsində Anar Rəhimova məxsus mağazada, Goranboy rayonunun Qızılhacılı kəndində Natiq İsgəndərova və Nizami Səmədova məxsus mağazalarda, Qaradağlı kəndində Rəşid Məmmədova məxsus mağazada, Ağsu şəhərinin S.Vurğun küçəsində Nizaməddin Babaxanova məxsus mağazada köhnə ərzaq məhsulları satışdan çıxarılıb.

Nazirlik istifadəyə yararsız ərzaq məhsulları satan mağazalara qarşı cərimələr tətbiq edib.

Nazirlik əhaliyə müraciət edərək məhsul alarkən diqqətli olmalarını tövsiyə edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler