» » Salyandakı etiraza İcra Hakimiyyətindən reaksiya verildi

Salyandakı etiraza İcra Hakimiyyətindən reaksiya verildi

Bölmə: Sosial
Salyandakı etiraza İcra Hakimiyyətindən reaksiya verildi

Sakinlərə qanunsuz tikintilərinin sökülməyəcəyi vəd olunub
Salyan rayonundakı Plastik adlı qəsəbə sakinlərinin Bakı-Salyan yolunu bağlamaları haqda məlumat yayılıb. Həmin məlumatda bildirilirdi ki, evlərin sökülməsinə etiraz edən sakinlərlə polis arasında qarşıdurma olub, etirazçı qadınlardan biri özünü yandırmağa cəhd edib. Cəhdin qarşısı alınıb.

Yayılan xəbərlərə Salyan Rayon İcra Hakimiyyəti reaksiya verib. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, yayılan xəbərlərdə məsələnin mahiyyəti təhrif olunub: “4 fevral 2015-ci ildə Salyan şəhər Plastik yaşayış massivində yaşayan 20-25 nəfər şəxs Salyan şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığına yığışıblar. Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri həmin yerdə vətəndaşlarla görüşüb, onların problemlərini dinləyiblər. Vətəndaşlar Plastik yaşayış massivində qanunsuz zəbt edərək apardıqları tikililərin söküldüyünü bildiriblər. Etiraf ediblər ki, müvafiq razılıq sənədləri olmadan tikinti aparıblar və bununla əlaqədar rayon rəhbərliyi ilə görüşmək istəyirlər”.
Məlumatda qeyd olunur ki, həmin sakinlər Bakı-Astara magistral avtomobil yolu bağlamayıblar: “Heç bir vətəndaş nə özünü yandırmaq, nə də digər özünə xəsarət yetirmək hallarına cəhd etməyib. Bəzi informasiya vasitələrində yanlış məlumatlar verilməklə hadisələr ictimaiyyətə şişirdilərək çatdırılıb. Hadisənin növbəti günü rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilat rəhbərlərinin iştirakı ilə Plastik yaşayış massivində yaşayan vətəndaşlarla görüş keçirib. Görüşdə vətəndaşlar etiraf ediblər ki, tikintiləri qeyri-qanuni və sənədsiz aparıblar. Bir qrup insanlar isə bu qeyri-qanunu tikintiləri pisləyib, həmin ərazidə sanitar-gigiyenik və yanğın təhlükəsizliyi qaydalarının gözlənilmədiyini bildiriblər. Sonda vətəndaşların xahişini və onların ailə üzvlərinin sayının çoxluğunu nəzərə alaraq, yaşayış binalarından 10 metr məsafədə apardıqları tikintilərin saxlanılması, nəzərdə tutulduğundan artıq aparılmış tikintilərin isə sökülməsi qərara alınıb. Vətəndaşlar bu qərarla razılaşaraq öz minnətdarlıqlarını bildiriblər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler