» » Azərbaycanda dördəm doğulub

Azərbaycanda dördəm doğulub

Bölmə: Sosial
Azərbaycanda dördəm doğulubAstara rayonu Miki kənd sakininin bir dəfəyə 4 uşağı olub.

anspress-in məlumatına görə, Rəisə Nabatovanın Lənkəran doğum şöbəsində 3 oğlan, 1 qız övladı dünyaya gəlib. Oğlanlarınn çəkisi 1,9; 2,1; 1,650 kq, qızın çəkisi isə 1, 45 kq-dır.

Körpələrin və ananın vəziyyəti normaldır. Uşaqların hər birinə ayrıca həkim ayrılıb.

Doğum şöbəsinin müdiri Yeganə Nəhmətovanın sözlərinə görə, Rəisə Nabatova xəstəxanaya dekabrın 24-də gətirilib və o vaxtdan həkim nəzarəti altında olub. O, cərrahiyyə müdaxiləsi yolu ilə ana olub.

Qeyd edək ki, Rəisə Nabatovanın bundan 11 il əvvəl övladı olmuşdu. Lakin uşaq bir müddət sonra ölüb. Ailə 11 il körpə yolu gözləyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler