» » Bakıda məktəbli qızı xalası oğlu bıçaqladı

Bakıda məktəbli qızı xalası oğlu bıçaqladı

Bölmə: Sosial
Bakıda məktəbli qızı xalası oğlu bıçaqladıDünən Bakıda məktəbli qız bıçaq yarası ilə xəstəxanaya yerləşririlib.


Suraxanı Rayon Polis İdarəsindən qafqazinfo-ya verilən məlumata görə, 2000-ci il təvəllüdlü Musayeva Almaz Rövşən qızı kəsilmiş-deşilmiş xəsarətlərlə 3 saylı şəhər klinik xəstəxanasına gətirilib.

Xəstəxanadan qafqazinfo-ya bildirlib ki, Musayeva Almaz Rövşən qızı yanvarın 21-i saat 18:55-də xəstəxanaya gətirilib. Ona döş qəfəsinin ön hissəsinin sağ və sol yarısının və sol qasıq nahiyəsindən kəsilmiş deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Hazırda Reanimasiya şöbəsindədir.

Reanimasiya Şöbəsindən bildirilib ki, xəstənin hazırkı durumu orta-ağırdır. Xəstə özünə gəlib artıq”.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Almaz Musayeva Suraxanı rayonu 85 saylı məktəb 8-ci sinif şagirdidir. O, münaqişə zəminində xalası oğlu tərəfindən bıçaqlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma) ilə cinayət işi açılıb, araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler