» » Bakıya daha 10 yeni avtobus gətirildi

Bakıya daha 10 yeni avtobus gətirildi

Bölmə: Sosial
Bakıya daha 10 yeni avtobus gətirildiBakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxta daha 10 yeni müasir avtobus gətirilib
Bunu apa-ya avtobusları ölkəyə gətirən özəl şirkətin nümayəndəsi Füzuli Sadıqov bildirib.

Qeyd edək ki, Türkiyədə istehsal olunan “İsuzu” markalı avtobuslar “Avro-5” standartına cavab verir. Nəqliyyat vasitələrinin daxilində görüntülü və səsli kameralar mövcuddur. Xüsusi kabinə vasitəsilə sürücü sərnişinlərdən təcrid olunur.

Avtobuslar kondisioner sistemi, habelə uşaqlar, yaşlı şəxslər, fiziki imkanları məhdud olan insanlar üçün xüsusi hissələrə ayrılıb. Fiziki imkanları məhdud şəxslərin və uşaq arabalarının avtobusa minib düşməsini rahat etmək üçün xüsusi panduslar da quraşdırılıb.

F.Sadıqov, həmçinin əlavə edib ki, yaxın zamanlarda daha 10 avtobus gətiriləcək: “Bu nəqliyyat vasitələrinin qapısı bağlanmadan avtobus yerindən tərpənmir. Bu da sərnişinlərin təhlükəsizliyini təmin edir. Avtobusun xüsusi qara qutusu da mövcuddur”.

Qeyd edək ki, üçqapılı avtobuslar 5 il müddətinə kreditlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir. Ümumilikdə Azərbaycana 200 avtobusun gətirilməsi nəzərdə tutulub.

Avtobuslar 61 nömrəli marşrut xətti üzrə hərəkət edəcəklər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler