» » Bakıda intizamsızlıq baş vermiş həbsxanadakı məhkumları dinlədilər

Bakıda intizamsızlıq baş vermiş həbsxanadakı məhkumları dinlədilər

Bölmə: Sosial
Bakıda intizamsızlıq baş vermiş həbsxanadakı məhkumları dinlədilərOmbudsman Aparatının əməkdaşları Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində araşdırma aparıblar
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələr əleyhinə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində araşdırma aparıblar. Araşdırmada MPQ-nin həkim üzvü də iştirak edib.

Araşdırmanın məqsədi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsindən bu müəssisəyə köçürülmüş məhkumların yaxınlarının Ombudsmana müraciəti olub.

İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin Cərimə palatalarında saxlanılan, barələrində Müvəkkilə müraciət olunmuş 11 məhkumun hər biri təklikdə qəbul edilib, onlarla söhbət aparılıb və sənədləri öyrənilib.

Söhbət zamanı, bu məhkumlar İxtisaslaşdırılmış Müalicə Müəssisəsində zorakılığa məruz qalmadıqlarını bildiriblər.

Araşdırma zamanı o da məlum olub ki, həmin məhkumlar müayinə üçün bu müəssisəyə gətirilib və yaxın günlərdə müayinənin nəticələri məlum olduqdan sonra cəza çəkdikləri müəssisəyə qaytarılacaqlar.

MPQ üzvləri 26 dekabr 2014-cü il tarixdə 14 saylı CÇM-də həyata keçirilmiş tədbir zamanı məhkumlara tətbiq edilən xüsusi vasitə və onların sağlamlığı ilə bağlı tərtib edilmiş sənədlərlə tanış olub, surətini götürüblər.

Sonda görüşün nəticələri müəssisə rəisi ilə müzakirə edilib və şəraitlə bağlı bəzi tövsiyələr verilib.

Araşdırmanın nəticələri ilə bağlı məlumatlar Müvəkkil tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə göndərilib.

Qeyd edək ki, 22 dekabr 2014-cü il tarixində 14 saylı CÇM-də baş vermiş hadisələrlə bağlı hazırda Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, dekabrın 22-də səhər saat 10 radələrində 14 saylı cəzaçəkmə müəssisəsində bir neçə məhkum daxili intizam qaydalarını kobud surətdə pozaraq, digər məhkumların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək hərəkətlərə yol veriblər. Müəssisənin ətrafına aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Görülən tədbilər nəticəsində qısa vaxt ərzində cəzaçəkmə müəssisəsində sabitlik bərpa edilib. Cəzaçəkmə müəssisəsinin ətrafına gətirilmiş xüsusi qüvvələr dislokasiya yerlərinə qaytarılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler