» » General gömrüklə bağlı müraciətləri dinləyəcək

General gömrüklə bağlı müraciətləri dinləyəcək

Bölmə: Sosial
General gömrüklə bağlı müraciətləri dinləyəcəkMərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev yanvarın 23-də saat 11:00-da Neftçala şəhərində bu bölgədən olan vətəndaşları qəbul edəcək. Komitədən lent.az-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Neftçala, Salyan, Biləsuvar, Cəlilabad rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar yanvarın 22-si saat 11:00-dək “192”Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Biləsuvar Gömrük İdarəsi (əlaqə telefonu: (025) 295-34-69) ilə əlaqə saxlayıb, qəbula yazıla bilərlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler