» » Diaspor Komitəsinin Kollegiyasının yeni tərkibi müəyyənləşdi

Diaspor Komitəsinin Kollegiyasının yeni tərkibi müəyyənləşdi

Bölmə: Sosial
Diaspor Komitəsinin Kollegiyasının yeni tərkibi müəyyənləşdiNazirlər Kabineti Diasporla İş üzrə Dövlət Komitəsinin Kollegiyasının yeni tərkibini təsdiq edib
Kabinetdən trend-ə bildiriblər ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təklifini nəzərə alaraq Nazirlər Kabineti Dövlət Komitəsinin kollegiya üzvlərinin sayının 9 nəfərdən ibarət olması haqqında qərar qəbul edib.

Qərara əsasən, Kollegiyanın sədri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov təsdiq edilib. Kollegiyanın üzvləri isə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, sədrin müavini Abutalıb Səmədov, Dövlət Komitəsi Aparatının rəhbəri Nəriman Qurbanov, Komitənin I ərazi şöbəsinin müdiri Rizvan Əliyev, II ərazi şöbəsinin müdiri İlham Məmmədov, III ərazi şöbəsinin müdiri Fizuli Nəcəfov, IV ərazi şöbəsinin müdiri Cavanşir Vəliyev, Komitənin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm olacaqlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler