» » Bakıda məktəblilərin fənn olimpiadası yeni formada keçiriləcək


Bakıda məktəblilərin fənn olimpiadası yeni formada keçiriləcək

Bölmə: Sosial
Bakıda məktəblilərin fənn olimpiadası yeni formada keçiriləcəkBu il ilk dəfə Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsi test üsulu ilə keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən trend-ə verilən məlumata görə, Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsi yanvarın 11-də keçiriləcək. Bu mərhələdə uşaqlara 50 test sualı təqdim olunacaq.

Fənn olimpiadalarının şəhər mərhələsində ötən il noyabrda Bakı şəhərinin məktəblərində keçirilən “Bilik yarışı”nın qalibləri iştirak edəcəklər.

Bakı şəhərinin 12 rayonunu əhatə edəcək fənn olimpiadaları müvafiq olaraq Yasamal rayonu üzrə 18 nömrəli, Nəsimi rayonu üzrə 42 nömrəli, Nizami rayonu üzrə 220 nömrəli, Suraxanı rayonu üzrə 114 nömrəli, Sabunçu rayonu üzrə 96 nömrəli, Səbail rayonu üzrə 160 nömrəli, Nərimanov rayonu üzrə 258 nömrəli, Xəzər rayonu üzrə 181 nömrəli, Binəqədi rayonu üzrə 3 və 276 nömrəli, Qaradağ rayonu üzrə 139 nömrəli, Xətai rayonu üzrə 95 və 138 nömrəli, Pirallahı rayonu üzrə 235 nömrəli tam orta məktəblərdə təşkil olunacaq.

Qeyd edək ki, fənn olimpiadalarının bu mərhələsi IX-XI sinif şagirdlərini əhatə edəcək, Azərbaycan dili və ədəbiyyat, tarix, riyaziyyat, biologiya, coğrafiya, fizika, kimya və informatika fənləri üzrə keçiriləcəkdir.

Məktəblilərin fənn olimpiadalarının keçirilməsini təşkil etmək üçün müvafiq tərkibdə Təşkilat Komitəsi yaradılıb.

Müvəffəqiyyət qazanan şagirdlər olimpiadanın respublika mərhələsinə vəsiqə qazanacaqlar.

Həmçinin, ötən ilkindən fərqli olaraq, bu il məktəblilər coğrafiya fənni üzrə olimpiadanın şəhər mərhələsində iştirak edəcək və müvəffəqiyyət qazanan şagirdlər respublika turuna vəsiqə əldə edəcəklər.

Şərh Yaz
ŞƏRH(14)

nuray 13 yanvar 2015 23:32
salam.bu olimpiadanin neticeleri cixib?cixibsa nece baxa bilerem? smile
Çit          1

Faiq 1 fevral 2015 20:58
neticelere harda baxa bilerik ))
Çit          2

Gulay 27 mart 2015 20:54
neticelere nece baxa bilerik
Çit          3

gunay 31 mart 2015 10:11
Mart ayinda kecirilen fenn olimpiadasinin yarimfinal turunun neticeleri ne vaxt cixacaq.
Çit          4

Nigar 1 aprel 2015 21:06
olimpiada neticelerini nece öyrene bilerik?
Çit          5

fidan 1 aprel 2015 21:27
2ci tur da 3cu yer tutmuwam respublika turunda iwtirak ede bilerem

2ci tur da 3cu yer tutmuwam respublika turunda iwtirak ede bilerem
Çit          6

MEDINA YUZBEYOVA 3 aprel 2015 17:11
MEN RESPUBLIKA OLIMPIYADASI YARIM FINAL TURUNDA 19 SUALA CAVAB VERMISEM FINAL TURUNA CIXA BILIREM
Çit          7

seyid 7 aprel 2015 12:41
Yarımfinal turun nəticələri məlumdur və məktəblərə göndərilib. Bizdə şəffaflıq "aşıb-daşdığından" hələ aidiyyatı üzrə müvafiq saytlarda yerləşdirilməyib.
Çit          8

Gulay 13 aprel 2015 20:06
olimpiadanin neticeleri melumdur,amma internetde yerlesdirilmeyib
Çit          9

deniz 11 dekabr 2015 17:49
sabah bize de olimpiada var sad recourse
Çit          10

eli 17 yanvar 2016 15:45
2016-da olan seher turunun sertleri cixib
Çit          11

orxan 16 mart 2016 21:05
Men2-ci turda cografiya uzre 27 suala duzgun cavab vermisem kecmek ehtimalim var?

Cavablar niye gec cixir?
Çit          12

StephenHome 6 sentyabr 2016 10:00
Люблю читать ваши запаси, спасибо
Кстати, а вы знали проц такой сайт?
---------------------------------------
банк москвы рефинансирование кредитов других банков

---------------------------------------
Хнык-Хнык я радыю с вами (от смеха)



нитки дмс


---------------------------------------
А вам надоели пресловутые комары? Скажите

звукоизоляционные панели для стен

---------------------------------------
Почитайте мои ссылочки, может вам пригодится?


скачать бесплатно фифа менеджер русском бесплатно

--------------------------------------
Всего Всего вам, дорогие мои товарищи или еще кто

БрКМц3-1

Более я вам ничего не скажу
Çit          13

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler