» » Bakı Ali Neft Məktəbinin profesoru uğur qazandı

Bakı Ali Neft Məktəbinin profesoru uğur qazandı

Bölmə: Sosial
Bakı Ali Neft Məktəbinin profesoru uğur qazandıBakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının professoru, texniki elmlər doktoru Fuad Vəliyev Amerika Elm və Texnologiya Assosiasiyasının üzvü seçilib.


BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən qafqazinfo-ya daxil olan məlumata görə, o, elm və texnologiya sahəsindəki xidmətlərinə, uğurlu və uzunmüddətli fəaliyyətinə görə bu Assosiasiyanın üzvlük sertifikatına layiq görülüb. Qeyd edək ki, professor Fuad Vəliyev 1993-1997, 2002-ci illərdə Türkiyə və ABŞ Universitetlərində və Elmi Mərkəzlərində dəvətli professor kimi çalışıb. 2014-cü ilin yanvar ayından Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının professorudur. Bununla yanaşı, o, 120 elmi əsərin və monoqrafiyaların müəllifidir. Eyni zamanda, professor Fuad Vəliyev 20 patentin sahibidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler