» » Nazir oğlu “Lans”ı “Hafka”nın əlindən aldı-

Nazir oğlu “Lans”ı “Hafka”nın əlindən aldı- Fransa mətbuatı

Bölmə: Sosial, BLOK XƏBƏR
Nazir oğlu “Lans”ı “Hafka”nın əlindən aldı-Fransa mətbuatında Hafiz Məmmədovun sahibi olduğu “Lans”la bağlı yeni məlumat yayılıb.


Xalqinfo.az komanda.az-a istinadən xəbər verir ki, yayılan məlumatda yanvarın 1-dən etibarən klubun auksionerində dəyişiklik baş verdiyi vurğulanır. Bu barədə "Lans"ın prezidenti Jerve Martel hələ dekabrın 17-də məlumat sızdırmışdı. O, məsələni "bu, azərbaycanlılar arasında olan problemdi" kimi xarakterizə etmişdi.

Fransa mətbuatının iddiasına görə, dekabrın 31-nə qədər məsələ həllini tapmalıydı. Bu günə qədər Martelin susması məsələnin həll olunması anlamını verir.

Fransız həmkarlarımız iddia edir ki, klubun yeni sahibi də azərbaycanlıdı. Bu, Anar Məmmədovdu - nəqliyyat naziri Ziya Məmmədovun oğlu. Fransızlar onu "Qarant Holdinq"in baş icraçı direktoru, tikinti, nəqliyyat, turizm maqnatı kimi təqdim ediblər.

Məlumata görə, “Lans”ın Hafiz Məmmədova məxsus olan səhmləri Anar Məmmədov və onun kompaniyası tərəfindən alınıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler