DataLife Engine > SÖHBƏT, MANŞET > "Embawood" şirkətinin təsisçisi və rəhbəri Elşad Abbasovla- Müsahibə

"Embawood" şirkətinin təsisçisi və rəhbəri Elşad Abbasovla- Müsahibə


4-10-2014, 18:30. Yerləşdirdi: test "Embawood" şirkətinin təsisçisi və rəhbəri Elşad Abbasovla- Müsahibə
"Embawood" şirkətin təsisçisi və rəhbəri Elşad Abbasov Xalqinfo.az -a müsahibə verib. Həmin müsahibəni sizlərə təqdim edirik.
Bildiyiniz kimi biznes qurmaq, nailiyyətlər əldə edib yüksəlmək, eyni zamanda bunu dünya səviyyəsində tanıtmaq hər insanın asanlıqla əldə edə biləcəyi bir şey deyil. Biznes həm çox iş, həm çox bacarıq, həmçinin də yüksək qətiyyət, inam tələb edən bir sahədir. Bu gün bütün bunların öhdəsindən yüksək səviyyədə gəlməyi bacaran "Embawood" şirkətindən danışacağıq. "Embawood" necə yarandı? Bu şirkəti dünya səviyyəsində tanıtmaq necə əldə edildi? Bütün bu sualların cavabını məhz "Embawood" şirkətin təsisçisi və rəhbəri Elşad Abbasovun öz dilindən eşidəcəksiniz.
Xalqinfo.az Elşad Abbasovla olan müsahibəni təqdim edir:

-İlk növbədə Embawood şirkətinin yaranması barədə sizə sual vermək istərdim. "Embawood" şirkəti necə yarandı? 90-cı illər idi. Nəyə görə siz məhz bu cür ağır sahəni seçdiniz?


-Artıq 90-cı illərin əvvəlində mən Rusiyada bizneslə məşğul olurdum. Ancaq, 94-cü ildən azərbaycanda da investisiya yatırmağa başladım. Və bildiyiniz kimi həmin ildən iqtisadiyyatda müəyyən stabilləşmə başladı. Və bu stabilləşmə dövründə istənilən sahəyə yatırım etmək olardı,ancaq biz mebeli seçdik. Əvvəl mebel mağazası aldıq. Sonra isə onun istehsalı ilə məşğul olmaq qərarına gəldik. Ancaq yenə də deyim ki, hər şey mebel mağazasından başladı. Növbəti addım isə istehsala yatırımlar etmək oldu. Artıq həmin istehsala qardaşım Məhşur rəhbərlik etməyə başladı.

-Siz istehsala başladığınız zaman hələ pərakəndə və mağazalar şəbəkəniz yox idi. Siz nəyə görə mebel satışı ilə məşğul olan bazar əməliyyatçıları vasitəsi ilə deyil, müstəqil məşğul olmağa qərar verdiniz?

-Bildiyiniz kimi 2008-ci ildə dünyada maliyyə böhranı baş vermişdir. Azərbaycanda o zaman hər şey qaydasında idi, biz heç bir problem hiss etmirdik, ancaq biz yenə də gələcək üçün hazırlaşırdıq. Pərakəndə satış şəbəkəsini 2009-cu ildə yaratmağa başladıq. Həmin vaxt biz satışda problem olarsa strategiyamızı dəyişməyə hazırlaşırdıq. Bu baş verdikdə isə eyniylə fikirləşdiyimiz kimi strategiyamızı dəyişdik. Biz istehsalçı şirkət idik. Strategiyamızı istehlakçıya yaxın olmaq üçün dəyişdik. Bu çox vacib idi. Yəni müəyyən etdiyimiz strategiyaya uyğun pərakəndə şəbəkəni qurmağa başladıq. Pərakəndə şəbəkənin yaradılmasına isə 2009-2010-cu illərdə başladıq. Hər şey çox uğurlu idi. Çox iş görülmüşdü. Əlbəttə bu illər ərzində biz modelin portfelini tamamilə dəyişdik. "Embawood"-un simasını dəyişdik, rebrendiq etdik, pərakəndə şəbəkə açdıq. Əlbəttə ki, həmin illər ərzində dünya iqtisadiyyatında davam edən böhrana baxmayaraq biz artım da əldə edə bildik. Bu gün Azərbaycanda "Embawood" və "Madeyra" kimi brendlərin satışı ilə məşğul olan 130-dan artıq mağaza fəaliyyət göstərir.

-130 mağaza? Bəs başqa ölkələrdə?

-Bəli. Başqa ölkələrdə hardasa 120.

-Siz mağazaların sayını artırmağı planlaşdırırsınız?

-Düşünürəm ki, satışın həcminin mağaza sayısı ilə əlaqəsi yoxdur.

-Yaxşı, bəs satış nə ilə bağlıdır? Mağaza ilə yoxsa komandanızın fəaliyyəti ilə?

-İş orasındadır ki, satış bir sıra yollarla bağlıdır: istehsal ilə, satış komandası ilə, mağazalarla və satışdan sonrakı xidmət ilə, PR işi ilə və s. Bütün bunların hamısı birlikdə edilməlidir. Heç nəyi ayırmaq olmaz. Satışın yalnız bir vasitədən aslı olduğunu demək çox çətindir. Məncə satış bütün yuxarıda sadalananların və bir çox digər amillərin cəmindən aslıdır. Mən satışı yalnız bu cürə xarakterizə edə bilərəm.

-Yaxşı, bəs sizin üçün satışda ən effektiv işləyən alət və ya kanal hansıdır?


-Bu gün əlbəttə bu pərakəndə şəbəkədir.

-Sizin əsas saytınızda mebeli internet vasitəsi ilə də sifariş etmək olar?

-Bəli. Yeri gəlmişkən əsas suala toxundunuz. Bu sual indiki və gələcək satışla bağlıdır, ona görə ki, hal-hazırda bütün dünyada satış üç kanal vasitəsilə həyata keçirilir. İnternet, mağazalar və pərakəndə satış. Əgər əvvəllər deyirdilərsə ki, "brendin ürəyi onun məhsuludur", bu gün deyirlər ki, "məhsulun hansı məkanda satıldığı daha vacibdir". Ona görə də gələcəkdə satışın təşkili haqqında düşünmək lazımdır..

- Bəs siz müştərilərin təlabatını necə izləyirsiniz? Siz necə öyrənirsiniz ki, onlar nəyi bəyənir, nəyi bəyənmir? Modellərin xarici görünüşünü müştərilər müəyyən edir yoxsa siz dizaynerlərinizə yaradıcılıq üçün şərait yaradırsınız?

-Bizim dizaynerlər bütün dünyanı gəzirlər. Məsələn keçən həftə onlar Milandan qayıdıblar. İtaliyada trend sərgi keçirildi. Bu sərgi vasitəsi ilə biz həmişə müəyyən edirik ki, biz deyil, ümumiyyətlə mebel biznesi ilə məşğul olanlar trendləri izləyirlər. Çünki, bu sərgi növbəti illər ərzində satışa buraxılanları müəyyən edir. Bütün dəblər, paltar, maşınlar, tekstil, mebel, mənbələr eynidir. Ancaq mebel sərgisinə bir il qalmış bütün kağız istehsalçıları Milan sərgisində dəb olan əşyalar haqqında danışırlar. Ona görə də biz dəbin bütün zəncirlərini izləməyə məcburuq. Biz mütləq trendləri yerli istehlakçılar üçün uyğunlaşdırılması haqqında, azərbaycanlı , gürcü, qazağıstanlı və s. alıcılar haqqında düşünməliyik. Çünki, onların maraqları bizim üçün birinci yerdədir və çox vacibdir.

-Sizə azərbaycan alıcılarında "Made in Azerbaijan" mallarının alınmasında maraqlı olduqları müşahidə olunurmu?

-Bilirsiniz, bu mürəkkəb prosesdir. Mən sizə deyə bilərəm ki, Azərbaycan sosial- iqtisadi inkişafı ilə bərabər müştərilərin zövq və təlabatları dəyişir. Bu gün həqiqətən Azərbaycanın sosial-iqtisadi inkişafı çox yüksək səviyyədədir və biz açıq aydın görürük ki, alıcıların tələbləri və təlabatları artır. Bildiyiniz kimi mebel İtaliya ilə səciyyələndirilir. Azərbaycan alıcısı Ruminiya istehsali olan məhsullarla da tanışdı. Ancaq bu günkü istehsalımıza baxmayaraq, Azərbaycan istehsalçısı İtaliya və Almaniya istehsalçılarından heç də geri qalmır, hətda bəzi parametrlər üzrə onları üstələyir.

- Siz "Embawood" deyirsiniz, Azərbaycanda yaşamayan insan üçün bu Azərbaycan ilə səciyyələnmir. Yəni, yeni brendlər yaradan bir çox MDB ölkələri, öz məhsulları üçün elə ad seçir ki, o coğrafi məxsusluq daşımasın, Polşada və ya Rusiyada istehsal olunduğu dilə gətirməyərək, pərdə arxasında irəliləməyə çalışırlar.

-Başqa ölkələrdə sərgilərdə iştirak etdiyimiz zaman, biz həmişə fəxarət və qürur hissi ilə Azərbaycan istehsalçıları olduğumuzu qeyd edirik.

-Bəs şəxsən sizin özünüzə kömək edən nədir?Hansı şəxsi xüsusiyyətləriniz yetərincə uzun müddət ərzində sizə bazarı anlamaq, öndə olmaq və özünüzü motivasiya etməyə kömək edir?

-Mən çox səyahət edirəm, sərgilərdə, təlimlərdə , müxtəlif səviyyəli görüşlərdə iştirak edirəm. Bunların hamısı, mebel istehsalatı dünyasında , biznes aləmində baş verənləri görməyimə çox kömək edir. Görüşlərdən, sərgilərdən mən öz biznesim üçün güclü impuls və motivasiya alıram. Ancaq bundan əlavə əlbəttə ki, motivasiyanı mənə öz komandam bəxş edir.

-Bəs şirkətinizdə ümumiyyətlə neçə nəfər işləyir?

-İki min nəfər.

-Siz komanda deyəndə yəqin konkret olaraq idarə heyyətini nəzərdə tutursunuz?


-Bəli, idarə heyyətini. İdarə heyyəti üzvləri məndən xeyli gəncdirlər. Onlar daha enerjilidilər. Hamısı təhsillidir. Yaxşı təhsil alıblar. Və onu qeyd edim ki, bizim özümüzdə də tədris mərkəzi var. Bu tədris mərkəzində kompaniya daxilində, onun xaricində , ölkə daxilində, digər ölkələrdə və s, həmişə təlimlər , tədris proqramları təşkil olunur. Ona görə bu komanda ilə mənə işləmək xoşdur, mənə zövq verir və yəqin biz bir-birimizi motivasiya edirik. Və mən ümid edirəm ki, mən də onları motivasiya edə bilirəm.

-Siz gənc sahibkarlara üzünüzü tutub nə tövsiyə edərdiniz?

-Mən sahibkarlara nə arzu edərdim... Qətiyyətli olmağı. Əlbəttə ki, yeni bir işə başlamazdan əvvəl ciddi düşünmək, məlumat toplamaq vacibdir. Mən başa düşürəm ki, gənclər üçün hansısa marketinq araşdırmaları aparmaq çətin ola bilər. Ancaq hər kəsin biliyi var. Mən belə düşünürəm ki, təhsilli olmaları, onlara işə başlamazdan öncə atacaqları addımları riyazi cəhətdən hesablamağa kömək edəcək. Hər şeyi axra qədər hesablayıb nəzərə almaq mümkün deyil. Səhvlər də olacaq, uğurlar da olacaq. Ancaq mütləq qətiyyətli olmaq lazımdır. Ən əsası özünə inanmaq, güvənmək vacib bir şeydir. Özüdə dediyimiz kimi, indi Azərbaycanda sosial-iqtisadi vəziyyət çox yaxşıdır. Sahibkarlara dəstək var və bundan istifadə etmək lazımdır. Ən əsas səbrli olanlar istifadə eləsin, o kəslər ki, qarşılaşdıqları zərbələrə davam gətirsin, uğursuzluqlardan və böyüklü-kiçikli problemlərdən qorxmasın.

Nəzrin Rzayeva
Geri qayıt