DataLife Engine > SÖHBƏT > İlham Əliyev olmasa bizi əzərlər.

İlham Əliyev olmasa bizi əzərlər.


10-06-2014, 21:43. Yerləşdirdi: Tural İlham Əliyev olmasa bizi əzərlər.

Xalqinfo.az Xəbər portalı olaraq hər bir vətəndaşımıza diqqət yetirməyə çalışıırıq.

Uzun illər ipəkçilik sahəsində vətəninə xidmət edən Musa Musayev portalımızın qonağı oldu.

Musa müəllimin Xalqinfo.az Xəbər portalına verdiyi müsahibəsin təqdim edirik.

Musa müəllim zəhmət olmasa özünüz haqqında məlumat verin.

Çox sağolun təşəkkür edirəm. Mən Musayev Musa Məmməd oğlu 1954-cü il dekabr ayının 7-də Şəki şəhərində anadan olmuşam.1962-ci ildə Şəki şəhər M.Qorki adına 10 saylı orta məktəbin I sinifinə daxil olmuşam və 1972-ci ildə həmin orta məktəbi bitirmişəm.1973-cü ildə hərbi xidmətə çağrılmışam.1975-ci ildə hərbi xidmətimi Almaniya dövlətində(əvvəlki ADR) başa vurmuşam.

İlk əmək fəaliyyətinə harada və necə başlamısınız?

İlk iş fəaliyyətimə 1975-ci ildə Şəki İpək Kobinatının Boyaq-bəzək istehsalatında quruducu peşəsində başlamışam.1977-ci ildə həmin müəssisədə usta köməkçisi,sonralar isə sex müdiri vəzifəsində çalışmışam.1980-ci ildə Şəki Texnologiya Texnikumuna daxil olub,1983-cü ildə həmin texnikumun texnik-texnoloq ixtisasını bitirmişəm.

Musa müəllim sonrakı iş fəaliyyətiniz necə keçdi?

Sonrakı işimdə və təhsilimdə Ulu Öndər Heydər Əliyevin misilsiz rolu oldu.

Necə?

1980-ci ildə Şəki İpək Kombinatının Boyaq-bəzək istehsalatında texnoloq vəzifəsində işlədim,1982-ci ildə həmin sexdə Boyaq-bəzək istehsalatının
rəisi vəzifəsinə keçdim.1986-cı ildə Ulu Öndər Heydər Əliyevin Şəki İpək Kombinatına gəlişi ilə bağlı tədbirdə, Ulu Öndərin tapşırığına əsasən ,mən Gəncə Texnologiya İnstituna təhsil almaq üçün göndərilmişəm.Həmin İnstitutu 1992-ci ildəmühəndis-texnoloq ixtisası üzrə bitirdim.Şəki İpək Kobinatının Boyaq-bəzək istehsalatında 2007-ci ilə kimi işlədim.

2007-ci ildən sonra hansı sahədə işlədiz?
Mən 2008-ci ildə Şəki Mərkəzi Seçki Dairəsində baş məsləhətçi vəzifəsində işlədim.

Musa müəllim indiki vəziyyəti necə dəyərləndirirsiniz?

İndi vəziyyət çox yaxşıdır ,iqtisadiyyatımız güclüdür, sağolsun Cənab Prezidentimiz İlham Əliyev xalq üçün əlindən gələni edir.Mən özüm gəncliyimdən Heydər Əliyev Şəxsiyyətinin vurğunu olmuşam.Belə şəxsiyyətlər min ildə birdəfə ola ya olmaya Allah bilir.Rəhmətlik əvəzsiz işlər gördü.
Hal-hazırda Cənab İlham Əliyev durmadan çalışır.Ailəsi çalışır.Mehriban xanım dünyada yeganə xanımdır ki, prezidentin həyat yoldaşı kimi xalqı,dövləti üçün bu qədər işlər görür.Bunu hansı Prezidentin xanımı edir? Ancaq Mehriban xanım böyük işlər görür.Qızı Leyla xanım xarici ölkələrdə nələr etmir dövlətimizin inkişafı baxımından? İlham Əliyev və Mehriban xanım həmdə nümunəvi valideyin misyasın uğurla yerinə yetiriblər.Bütün bunlar Xalqımızın qürurudur.
İndi əsas problem erməni işğalında olan tarixi torpaqlarımızı azad etməkdi. Allahın köməkliyi ilə Cənab Prezidentimiz İlham Əliyevin siyasətinin gücünə o, torpaqlara qayıdacağıq.

Sonda nə deyerdiniz?

Sond sizə təşəkkür edirəm əziyyət çəkdiniz.Əsasda onu bildirmək istəyirəm ki, hər birimiz dövlətimizdən ,vətənimizdən ,sabitliyimizdən müğayət olaq ,el dilində dedim.Allah Prezidentimiz İlham Əliyevi qorusun, yoxsa bizi düşmən qüvvələr əzər.
Sizə uğur olsun.
İlham Əliyev olmasa bizi əzərlər.
İlham Əliyev olmasa bizi əzərlər.
İlham Əliyev olmasa bizi əzərlər.
Geri qayıt