» » "Nə qədər əziyət çəksəm belə ona nail ola bilmirəm.."- Müsahibə

"Nə qədər əziyət çəksəm belə ona nail ola bilmirəm.."- Müsahibə

Bölmə: SÖHBƏT, MANŞET
"Nə qədər əziyət çəksəm belə ona nail ola bilmirəm.."- Müsahibə
Xalqinfo.az-ın növbəti qonağı çox sevilən, çox istedadlı, eyni zamanda qalmaqallarla deyil, hər zaman yenilikləri ilə gündəmdə olan "Dostlar" qrupudur. Həyatlarından, işlərindən, uşaqlıq xatirələrindən tutmuş irəlidə edəcəkləri yeniliklərə qədər bir çox mövzular barədə danışdığımız müsahibəni sizlərə təqdim edirik.

-İndi hara baxsaq görərik ki, bacaran və bacarmayan hər kəs əlinə gitara alıb ifa etməyə səy göstərir. Və üstəlik qarşılığında pul da yığır. Buna qarşı münasibətiniz necədir? Sizcə bu gitaranı ucuzlaşdırmaq deyilki? Ya ehtiyacdan irəli gəlir?

-Əslində əvvəllər belə bir şey yox idi. Mən ilk dəfə gitarayla məşğul olmağa 2011-ci ildə başlamışam. Bu sənətə başlayanda şəhərdə gitara ifa edən insan çox az idi. Həvəslə hər gün gitara dərsinə gedib mükəmməl səviyyədə öyrənmək istəyən gənclər də var, heç bir şey bacarmayıb sırf "cool" görsənmək üçün əlinə gitara alan da. Mən öz tələbələrimə həmişə tapşırıram ki, "sizi əgər bulvarda, orda-burda gitara ifa edən görsəm gözümə görsənməyin". Amma bunda pis bir şey də yoxdur. Bəzən olub ki, biz özümüz belə şəhərdə gəzəndə uşaqların ifa etdiyini görüb, həvəslənib bizdə onlara qoşulub oxumuşuq. Əsas odur ki, zövqlü musiqilər ifa etsinlər. Küçədə belə ifa etsələr camaatın zövqünü korlayan musiqiləri təbliğ etməməlidirlər.

Qrupun digər üzvü Sami söhbətə qoşulur- Əslində ifa edib qarşılığında pul yığmaq pis bir şey deyil. Afisant da işləyib pul qazana bilər, gitara da ifa edib pul yığa bilər. Avropada,Türkiyədə bütün dünyada bu normaldır. Hər kəs böyük zövqlə ifa edənlərin ətrafına yığışıb dinləyir. Türkiyədə elə məşhur müğənnilər var ki, ilk ifalarına elə küçədə başlayıblar. Yəni işləyib pul qazanmaq ayıb bir şey deyil.

Qrupun daha bir üzvü Çingiz söhbətə davam edir- Amerikada məşhur bir skripka ifaçısından bir verilişə çəkilmək üçün metroda skripka ifa etməyini tələb etmişdilər. O, metroda oturub ifa edirdi, qarşısında olan skripkanın qabına da hər kəs pul atırdı. Lakin, onu heç kəs tanımırdı. Əgər onu tanısaydılar orada adam əlindən yer qalmazdı. Dünya şöhrətli skripkaçı idi.

-Bir çox qruplar yaranır, lakin sonra qrup üzvləri qrupdan ayrılıb sərbəst şəkildə fəaliyyətlərinə davam edirlər. Bu, kiməsə tabe olmaq istəməməklərimidir? Yoxsa maddi gəlirlə əlaqədardır?
-Birincisi "Dostlar"qrupunun formatında azərbaycanda ikinci bir qrup yoxdur. "Dostlar" qrupu hər janrdan mahnılar ifa edir. Mən görməmişəm ki, "Dostlar" qrupundan başqa hansısa qruplarda hər tərəfli mahnılar ifa edilsin. Mən həyatım boyu icazə vermərəm qrup üzvlərinin ayrılmağına.
Sami- Qrupu tərk edənlər bütün üzvlərinin müğənni olanlarıdır. Sadəcə olaraq fikirləşirlər ki, ayrılım, tək ifa edim , pulun bütün hissəsini özüm qazanım.

-Qrupa əlavə etmək istədiyiniz dördüncü kimsə varmı?
-Dostlar qrupunda olmaq elə ancaq ifa etmək, oxumaq demək deyil. Qrupun üzvləri çoxdu. Efirdə gördüyünüz 3 nəfərdən ibarət deyil. Tural Nəbiyev bizim prodüserdi, Rza Məmmədov mətbuat katibi, İslam Şirvani bizim mahnıları aranjiman edir. Dostlar komandası böyükdür.

-Estradamıza fikir versək azərbaycanlı olmağımıza baxmayaraq, öz müğənnilərimiz belə son vaxtlar yeni mahnı ifa edəndə türkcə oxuyurlar. Bunu bizim bəstəkarların zəifliyində görürsünüz ki, zövqlü mahnılar bəstələyə bilmirlər? Yoxsa cəmiyyətimiz bunu tələb edir?
- Bəstəkarlarımız zəif deyil. Çox gözəl mahnılar bəstələyirlər. Sadəcə olaraq cəmiyyətimizin türk mahnısına olan təlabatıdır. Əgər türk mahnısı alınırsa deməli istəyirlər ki, alırlar. Çoxluq bunu qəbul etməsə, müğənni heç vaxt gedib türk mahnısı oxumaz. Müğənni bütün mahnılarını türk dilində ifa etsə o zaman onu qınaq obyektinə çevirmək olar.
Sami: Həm də ki, türklər özümüzküdülər. Onlar da bizim mahnıları oxuyurlar, biz də oxuyuruq.

- Gitara ifaçısı dedikdə, azərbaycanda ağıla iki isim gəlir. Əhməd Mustafayev və Çingiz Mustafayev. Soyadlardakı eynilik təsadüfdürmü? Yoxsa heçkəsin bilmədiyi qohumluq əlaqəsi var?
-Xeyr, heç bir qohumluq əlaqəsi yoxdur. Çingizin anası Qazaxdandır, atası Gəncədən. Mənim anam və atam hər ikisi Göyçaydandır. Mənəm mənəm deməyi xoşlayan insan deyiləm. Desəm ki, məndən və Çingizdən başqa gitara ifaçısı yoxdu, yalan olar. Bəlkə də var, lakin, gündəmdə deyillər. Amma hal-hazırda öz üzərində işləyən insanlar azdı.

-Bu sənətə gəlməyi Əhməd kimə borcludur?
-Mənim babam (anamın atası) aşıq olub. Bir müddət aşıq sənəti ilə məşğul olmuşam. Aşıq sənətinin dərinliklərinə qədər getmişəm. Bu sənətdə irəli getməyimə özüm səbəb olmuşam. Ürəyimdə bu sənətə qarşı olan həvəsə borcluyam. Və əlbəttə ki, ailə üzvlərimə, atama, anama, qardaşıma. Eyni zamanda bizim bu gün "Dostlar" qrupu olmağımızda ən böyük dəstəyi olan Turala borcluyam.

Sami- Əhməd bizim hamımıza borcludu. Nə vaxt qaytaracaqsan borclarımızı? (zarafat)

-Müğənni ola bilməsəydi indi Əhməd hansı işlə məşğul idi?
- Sözsüz ki, bizneslə. Amma yenə də müğənnilik bir kənara bizneslə məşğul olacağam.

-Qrupunuzun adı "Dostlar" qrupudu. Bəs daxilinə getsək qrupda dostluq əlaqələri necədir?
-Qırğındı aramızda (gülür).

Sami- Biz bir evdə yaşayırıq. Mən evdə yemək bişirirəm, Çingiz qabları yuyur, Əhməd də paltarları. Tural da bizə nəzarət edir (gülür)

-Sizcə ən yaxşı, möhkəm dostluq oğlanlar arasında olan dostluqdur? Yoxsa oğlan və qız dostluğu?
Hər biri birlikdə - OĞLANLA QIZIN DOSTLUĞU OLA BİLMƏZ!

Sami- Oğlanlara da etibar yoxdu, qızlara da. Mənim qız dostum yoxdu, olmayıb, olmayacaq da.

-Aygün Bəylərlə duet oxumağa başlamısınız. Bu sizin öz istəyiniz olub? İlk təklif kimdən gəlib?
- Biz təsadüf nəticəsində bir restoranda çıxış edərkən rastlaşmışdıq. Və Aygün xanım təklif etdi ki, duet oxuyaq. Əlbəttə Aygün Bəylər kimi bir sənətkarla ifa etmək bizim üçün bir fəxrdir. Bugünə qədər oxuduğumuz bütün duetlərin təklifini biz etmişik. Aygün Bəylərlə duet Eyyub Yaqubovun ifasından olan "Tut ağacı" mahnısını ifa etmişik. Yaxın ərəfədə tamaşaçılara təqdim edəcəyik.

- Azərbaycan və ya azərbaycandan kənar hansı müğənnilərlə duet oxumaq istəyərdiniz?
-Kənan Doğulu, Yalınla duet oxumaq istəyərdim. Qruplardan Duman, Səksəndört ilə maraqlı ifalarımız alınacağını düşünərdim. Azərbaycanlı müğənnilərdən Röya xanımla duet oxumaq istəyərdik.

-Təklif etmisiniz?
-Xeyr.

-İfa etdiyiniz mahnılar arasında hansını ən uğurlu hesab edirsiniz?
- Deyə bilmərəm ki, filan ifam mənim ən uğurlu ifamdır. Bizim övladlarımız yoxdur. Amma ifa etdiyimiz mahnıların hər biri bizim övladlarımız kimidir.

Sami- Bizim bütün mahnılarımızın musiqisi Əhmədə, sözləri mənə aiddir. İfa etdiyimiz hər bir mahnımız bizə əzizdir. Amma ümumiyyətlə desək ən uğurlu mahnımız "Sən demə" olub.

-Ən böyük arzunuz nədir?
-Ümumi "Dostlar" qrupu adından deyəcəyəm. Biz Allahdan arzu edirik ki, ürəyimizdə bu sənətə qarşı olan həvəsi, istəyi bizdən almasın. Və bizi getdikcə hər kəs tanısın. Birinci həqiqətən istəmək lazımdır, ikinci isə istəyin uğrunda əziyət çəkmək. Əziyət çəkmədən ən qiymətli bir şeyi əldə etsən belə, həmin şeyin dəyəri olmayacaq.

-Həyatında elə an olubmuki o anın sonradan peşmançılığını çəkmisən? Silmək şansın olsaydı həyatından hansı anı silərdin?
Çingiz - 23 yaşım heç istəməzdim olsun, 22-dən 24-ə keçmək istəyərdim. (gülür)

Əhməd- Peşman olacağım səhvim olmayıb. Nəsə olubsa da şükür etmişəm. Və səhvlərimdən nəticə çıxartmışam. Səhvlər olmasa, doğru şeyləri öyrənə bilmərik. Alın yazısı deyilən bir şeyə də inanıram. Birdə görürsən nəsə istəyirəm amma nə qədər əziyət çəksəm belə ona nail ola bilmirəm. Zamana keçdikcə isə gec-tez hər şey istədiyim kimi olur.

Sami- Mən səhv etməmişəm. Heç bir günümə də peşman deyiləm.

-Hər kəsin həyatında uşaqlığı ilə bağlı danışacağı bir xatirəsi var mütləq. Uşaqkən yaşadığın ən maraqlı və yadda qalan hansı xatirəni bizimlə bölüşə bilərsən?
-Mən məktəb vaxtı çox dəcəl olmuşam. Yadımda o qalıb ki, bir müəlliməmiz var idi. Məni həmişə incitdiyi üçün ondan xoşum gəlmirdi. Təbaşiri götürüb oturacağı stula tökmüşdüm. Gəldi, oturdu, duranda hamı gülüşdü. Bildi ki, mən etmişəm. Çağırdı lövhəyə. Məni qəşəng çırpdı. (gülür) Bir dəfə də bir müəllimə ayaqqabısını çıxardıb dabanı ilə məni vurmaq istəyib. Köhnə məktəb olduğu üçün döşəmədə deşiklər var idi. Ayaqqabısının dabanı ora ilişib qırılmışdı. Seyid nəvəsiyəm e. Mənim babam seyiddi. Haqsız yerə vuracaqdı məni. Məndən qabaqda oturan uşaq löhvəyə kağız atırdı. Elə bildi mən atıram. Məni vurmağa gəlirdi.
Sami- Bizim əlifba bayramımız keçiriləcəkdi. Müəllimdə hər hərfə uyğun şer öyrənməyimizi tapşırmışdı. Bizim qonşu uşaqlar da üzr istəyirəm, avara idi. Məni söyüşlə olan şer öyrətmişdi. Tədbir gəldi çatdı. Hər kəs öz valideynləri ilə gəlmişdi. Uşaqlar başladılar. Hər kəs ardıcıl olaraq şerlərini deməyə. Mənə növbə çatanda müəlliməmizin öyrətdiyi şer yadımdan çıxdı. Məndə başladım qonşunun öyrətdiyi şeri deməyə. Gözüm anama sataşdı. Gördüm qıp-qırmızı olub. (gülür)
-Əhməd, qrup üzvləri ilə necə tanış olmusunuz?
Əhməd- Mən ən birinci Çingizlə tanış olmuşam. Çingizin qardaşı mənim qrup yoldaşım idi. Həmişə dərsdə gitara ifa edirdim. Qrup yoldaşım deyirdi ki, mənim də qardaşım skripka ifaçısıdır, konservatoriyada oxuyur. Beləliklə, mən Çingizlə tanış oldum. Sami ilə isə..

Söhbətə Sami davam edir- Məni Əhmədlə Çingiz Mustafayev tanış edib. Çingiz mənim dostum idi. Əhmədlə Çingiz tanış olan vaxt mən də Çingizin yanında idim.

-Gitaradan bezdiyin vaxtlar olub?
-İlk dəfə bir əl hərəkəti var idi. Nə qədər edirdimsə alınmırdı. Mənim müəllimim olmayıb, özüm öyrənmişəm. Dayanmadan bir ay boyunca məşq etdim. Sonra əsəbimdən gitaranı pencərədən aşağı atdım. Qırıq-qırıq oldu. Səhəri gün gedib yenisini aldım. İndi isə nə qədər ifa etsəm belə bezmirəm. O artıq mənim can yoldaşımdır.

-Nə baş versə müğənniliyi atarsan? Bu sənətdən uzaqlaşmağına vadar ola biləcək nə ola bilər?
-Heç bir şey. Musiqi mənim qanımdadır. Elə bilin ki, bir insana deyirsiniz ki, yemək yemədən, su içmədən yaşa. Sizcə bu mümkündür? Əlbəttə ki, yox. Musiqi də mənim üçün o deməkdir.

-Məşhur olmamışdan , tanınmamışdan qabaq olan Əhməd arasında indi tanınan, sevilən Əhməd arasında hansı fərq var? Həyatında nələr dəyişib? Hansı həyat daha maraqlı olub sənin üçün?
-Hər ikisi mənim üçün çox maraqlıdır. Tanınmamışdan əvvəl də mən tanınırdım. Öz dünyamda bilirdim ki, nə vaxtsa tanınacağam. O istəklə yaşamışam. Mən əvvəl tar da ifa etmişəm. İfa etdiyim zaman gözümü yumurdum və elə xəyal edirdim ki, ətrafımda çoxlu insanlar var, hər biri məni dinləyir.

Sami- Biz bu sənətə çox çətin gəlmişik. 0 dan başlamışıq. Bizim komandamızın bir üzvü də var. Ümid usta, saç ustasıdır. Amma adi saç ustası deyib üstündən keçə bilmərik. Günlərin bir günü biz yenə ustanın yanındayıq. Və başladıq gitara ifa edib, mahnı oxumağa. Pulumuz olmayan zamanlarda həmişə saçlarımızı pulsuz düzəldirdi. "Niaqara" şadlıq sarayının müdürü də onun yanına gəlirdi saçlarını düzəltdirmək üçün. Bizi ona məsləhət görmüşdü ki, uşaqlar var istəyirlər çıxış etsinlər. Bizim ilk işimiz onun nəticəsində olub. Həmin restorana gedəndə belə saç düzümlərimizi yenə də pulsuz etmişdi.

- "Aldanmam", "Getmə dedim", "Nə?", "Heç kəsi sənin tək sevməmişəm mən", "Yandım hər gecə".. Repertuarında olan bütün mahnılar uğursuz nəticələnən sevgidən danışır. Əhmədin həyatında uğursuz sevgimi yaşanıb?
-Bəli olub. Məktəb vaxtı, uşaqlıq sevgim, uğursuz sevgim. Hal-hazırda sevdiyim kimsə yoxdu. Ürəyimə yaxın buraxa bilmirəm heçkəsi. Qorxuram sanki. Amma bilirəm sevgi var. Amma mahnılara gəldikdə, birdə görürsən olur ki, hansısa dostumuz öz həyatından danışır. Həmin danışdıqlarını biz fikrimizdə ümumiləşdirib mahnı sözlərinə çeviririk.

Sami- Ümumiyyətlə bütün şairlər yalançıdı. Nə mənada yalançı? Misal üçün "Yandım hər gecə" mahnısını biz yazan vaxt özümüzü yalandan aldadıb həmin auranın içərisinə giririk. Guya ayrılmışıq, sevilməmişik və s. Yazıb bitirəndən sonra isə deyib gülürük. Kinolara baxandan sonra da mahnı sözləri yazırıq. Bəzən bir kino insanı o qədər təsirləndirir ki. Nümunə olaraq "İncir rəçəli" filmini göstərə bilərəm. Mən o filmə baxandan sonra ağlamışam.

Çingiz- Nə gizlədim, məndə ağlamışam.

-Bəs Əhməd səni elə bir film olubmu ki, ağlatsın?
- Çox təsir edən filmlər olub. Amma ağladacaq qədər yox. Bir serial izləyirəm indi "Karadayı". Arada da "Medcezir"ə baxırıq.

-Qarşıda tamaşaçılarınızı hansı yeniliklər gözləyir?

-Yeni işıq üzü görən, sözləri Cəlal Qurbanova, musiqisi "Dostlar" qrupuna aid olan "Arzum" mahnısına klip çəkdirmək istəyirik. İnşAllah çəkdirəcəyik. Tezliklə "Hələ də sevirəm" adlı mahnını tamaşaçılara təqdim edəcəyik. Həmin mahnının da sözləri Samir Quliyevə, musiqisi isə yenə "Dostlar" qrupuna aiddir. Daha bir mahnı var "Söz". Sözləri Sami Oruca, musiqisi isə mənə aiddir. Çox gözəl mahnıdır. Ümudümüz çoxdur o mahnıya.

-Çox zövqlu geyinən tanınmışlardan birisiniz. Geyim seçərkən nəyə üstünlük verirsiniz? Bu məsələdə sizə kömək edən kimsə var?
- Ən çox kömək edən prodüserimiz Tural Nəbiyevdir. Mənim hal-hazırda da üzərimdə olan geyimlər Turala aiddir.

Çingiz- Mənə də Tural kömək edir.

Sami- Mənə geyim seçərkən ən böyük köməkliyi nişanlım edir.

-Suallar arasında olmayan, lakin sizin eşitmək istədiyiniz hansısa sual var idi?

-Xeyr, məncə hər bir sual zövqlü və maraqlı idi.

Nəzrin Rzayeva

"Nə qədər əziyət çəksəm belə ona nail ola bilmirəm.."- Müsahibə
"Nə qədər əziyət çəksəm belə ona nail ola bilmirəm.."- Müsahibə
"Nə qədər əziyət çəksəm belə ona nail ola bilmirəm.."- Müsahibə
"Nə qədər əziyət çəksəm belə ona nail ola bilmirəm.."- Müsahibə
"Nə qədər əziyət çəksəm belə ona nail ola bilmirəm.."- Müsahibə"Nə qədər əziyət çəksəm belə ona nail ola bilmirəm.."- Müsahibə
"Nə qədər əziyət çəksəm belə ona nail ola bilmirəm.."- Müsahibə
"Nə qədər əziyət çəksəm belə ona nail ola bilmirəm.."- Müsahibə
"Nə qədər əziyət çəksəm belə ona nail ola bilmirəm.."- Müsahibə

Şərh Yaz
ŞƏRH(2)

aytac 20 oktyabr 2014 15:35
Cox gozel en cox ahmed danwir ki
Çit          1

Yuxuna gelen qiz 21 sentyabr 2016 20:14
Men ehmedi cox sevirem en gozelde Ehmed danisdi canim menim yasama sebebim

sitat: aytac
Cox gozel en cox ahmed danwir ki
Çit          2

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler