» » "İlham Əliyevin 55 yaşlı əsgəriyəm"Öldürməyə hazıram-Azər Mirzəyev


"İlham Əliyevin 55 yaşlı əsgəriyəm"Öldürməyə hazıram-Azər Mirzəyev

Bölmə: SÖHBƏT, MANŞET
"İlham Əliyevin 55 yaşlı əsgəriyəm"Öldürməyə hazıram-Azər Mirzəyev
Xalqinfo.az Xəbər portalı bölgələrdə olan,dövlətinə,xalqına xidmət edən ziyalılarımızla söhbətləri davam etdirir.Dövlətçilyə sadiq belə şəxslərdən biri də Azər Mirzəyedir. Azər müəllimin "Xalqinfo"-ya verdiyi müsahibəni olduğu kimi sizlərə təqdim edirik.
Mirzəyev Azər Qadir oğlu, 1959-cu ildə Naxçıvan MR-sı Şərur rayonunun Qarabağlar kəndində müəllim ailəsində anadan olmuşam,doğulduğum kəntdə də orta məktəbi bitirmişəm.1976-cı ildə Naxçıvanda fəaliyyət göstərən Naxçıvan Dövlət Pedoqoji inistutunun Filologiya fakültəsinə daxil oldum və 80-ci ildə oranı bitirib,təyinatla Lənkəran rayonunun sərəncamına göndərilmişəm burada ən ucqar kəndlərdən olan Birəsər kəndində 5 il ixtisasım üzrə dərs demişəm.Sonradan işim Masallı rayonuna dəyişilmiş bu rayonun Dəmirçi kəndində natamam orta məktəbdə, sonrada Boradigah qəsəbəsində qiyabi məktəbdə,Bədəlan kəndindəki peşə məktəbində bir müddət fəaliyyət göstərmişəm.Sonra Dəmirçi kənd orta məktəbinə direktor müavini təyin olunmuşam ,uzun illər bu vəzifədə çalışmışam. Nəhayət 1990-91-ci illərdə respublikamızda gedən müstəqillik uğrunda mübarizədə iştirak etdim.Ulu Öndərimiz Heydər Əliyevin Naxçıvandan kənarda yaşayan ziyalılara müraciətini əsas tutaraq, Naxçıvana qayıtdım və Ulu Öndərimizin şəxsi təşəbbüsü və göstərişilə respublikamızın ən ucqar qaçqın məktəblərindən olan Kərki kənd natamam orta məktəbinə direktor təyin olundum.Bu məktəbdə 4 ilə yaxın bir müddət ərzində rəhbərlik etdim.Bu illər ərzində xarici qonaqlar çox gəlirdi.Ermənilərin törətdiyi qəddarlığı çatdırırdıq gücümüz çatan qədər.Nəhayət 1994-cü ildə əvvəllər işlədiyim Masallı rayonuna qayıtdım yenidən Dəmirçi kənd orta məktəbində müəllim sonra da direktor əvəzi və direktor işləmişəm.2008-ci ildən Masallı rayonunun ən böyük yaşayış məskənlərindən biri olan Boradigah 1 saylı tam orta məktəbinə direktor təyin olunmuşam.Bu gündə bu vəzifəni davam etdirirəm.YAP-ın üzvüyəm,ailəliyəm üç övladım var.Oğlum hərbi xidmətdədir.Qızlarımın hər ikisi təhsillə bağlıdırlar,müəllimə kimi çalışırlar.Mən həmdə respublikamızda yayımlanan orta təhsil jurnalının redaktoruyam,71 saylı seçki dairəsinin 19 saylı seçki məntəqəsinin sədriyəm.

Azər müəllim rəhbəri olduğunuz məktəbdə indiki vəziyyət və şagirdlərin bilik səviyyəsi sizi qane edirmi?

Çox çətin və məhsuliyyətli sualdır,səmimi,düzgün danışmaq lazımdır.Qeyd edim ki, nə müəllim heyəti,nə şagirdlər məni yüz faiz qane etmir.Ancaq elə müəllimlərimiz var elə bilirsən anadan gəlmə müəllimdir.Təbbi ki, zəif müəllimlərdə çalışıqıq güclənsin.Elə şagirdlərimiz var biz onlara müəllim qədər hörmət bəsləyirik.Bu gün inkişaf edən azərbaycanımızda, hər cür şərait mövcutdur,buna görə Cənab Prezidentimiz İlham Əliyevə minnətdarıq.Son illərdə yüzlərlə tikilən məktəblər təhsilimizə göstərilən qayğının bariz nümunəsidir.Rəhbər olduğum məktəbdə mən həmişə qey edirəm ki, hər birimiz sözdə yox işimizdə dövlətə dövlətçiliyimizə xidmət etməliyik və edirik.Məktəblərə pusuz kitabların verilməsi müasir tekniki avadanlıqların tətbiqi gələcəkdə təhsilimizi daha da inkişaf etdirəcək.Biz bu istiqamətdə də işimizi aparırıq.Mən bir neçə fakt üzərində dayanmaq istərdim, 2009-cu ildə bizim məktəbimizi 25 şagird bitirdi.Bunlardan 18 nəfəri ali məktəbə sənəd verdi,16 qəbul oldu.Burda müəllimlərimizin əməyi danılmazdır.Bir məsələni də qeyd etmək istəyirəm ki, respublika səyiyyəsində olan bilik və digər yarışlarında da öndə olmuşuq.Bir sözlə demək istəyirəm ki, gündən günə həm müəllimlərimizin, həmdə şagirdlərimizin bilik səviyyəsi artır.

Vətənpərvərlik ruhunun təbliğ olunmasında orta məktəblərin rolun necə qiymətləndirirsiz?

Vətənpərvərlik məktəbdən əvvəl ailədən başlayır,bu gün cəmiyyətimiz elə bir vəziyyətdə yaşayır ki,vətənpərvər olmayan şəxs bizim sıralarımızda gərək durmaya.Biz torpaq itirmişik,tarixi torpaqlarımız hələ də erməni işğalındadır.Biz tarixən vətənpərvər xalq olmuşuq,çünki qədimdən bizim öz torpağımız,vətənimiz olub.Vətən hardan başlayır evimizdən ,yaşadığımız küçədən,altında oturduğumuz ağac kölgəsindən və s.Bu baxımdan şagirdlərimizə vətənin tarixin,vətənpərvərliyin nə olduğun öyrədirik.Vətənsiz insan olmaz.Vətəni olmayanın insanlığı yoxdur,vətəni olmayanın dini yoxdur,imanı yoxdur.Bizim hər şeyimiz var özümüzə aid olan halal torpağımız,müstəqil güclü dövlətimiz var.İndi 20 faizdən artıq torpaqlarımız erməni işğalındadır hələ ki,ancaq Cənab Prezidentimizin rəhbərliyi altında biz Qarabağımıza qayıdacağıq.Bizim qeyrətli oğullarımız kifayət qədərdir. Bu günə kimi 20 min nəfərdən artıq şəhid vermişik,Allah hamısına rəhmət eləsin.Ali baş komandanımız İlham Əliyev əmr versə məndə 55 yaşlı əsgərəm və vətən uğrunda öldürməyə hər an hazıram.Son dövrü deyim bizim Mübariz İbrahimov kimi qeyrətli oğullarımız var.Ermənilər Mübariz xofundan hələ ayrıla bilməyiblər.Mübariz kimi oğulları dünyaya gətirən qeyrətli analarımız var.Mən şagirdlərimə bunların hamısın çatdırıram.Şagirdlərimizə deyirəm ki, vətən anadır.Bu təbliğatı hər birimiz aparmalıyıq.Xocalı soyqrımın həmişə şagirdlərimizə xatırladıram.Mən şagirdlərimə deyirəm ki,hara güllə atılır atılsın o analarımıza deyir .Erməninin tarixi yoxdu,onun vətəni yoxdur.Biz şagirdlər arasında düşmənə nifrət hissi yaratmalıyıq.

Təhsil Nazirliyində gedən islahatlar və yeni nazirin təyin olunması təhsilimizə nə verə bilər?

Mən düzün demək istəyirəm məndən inciməsinlər .İndi böyük irəlləyişlər hiss olunur.Sağolsun burada hörmətli nazirimiz Mikayıl Cabbarovun xidmətləri böyükdür.Ənənəvi təhsil metodu var.Burda da dəyərli məsələlər var ancaq müasir sistem bizim təhsilimizi inkişaf etdirəcək.Mən belə düşünürəm.Bu günkü təhsil sisteminin başında duranlar daha operativdilər da çox məhsuliyyətlidirlər.Bu göz qabağındadır.Bu bizim məktəbdə də özünü göstərir demək olar ki, hər gün valideyin müəllim əlaqələrinin inkişafı,və digər təhsilimizə təkan verən məsələlər özün göstərməkdədir. Hörmətli nazirimiz Mikayıl Cabbarovun gördüyü işlər bizi daha da həvəsləndirir.Sağolsun.

Azər müəllim sonda bir ziyalı kimi nə deyə bilərsiz ümumi olaraq?

Mən sonda onu deyə bilərəm ki, Allah bu millətimizi qorusun,hər birimiz vəzifəsindən aslı olmayaraq dövlətimizə,dövlətçiliyimizə sadiq olaq.Prezidentimizin ətrafında daima sıx birləşək necə ki, birik.Bu mənada Mehriban xanımın xidmətləri qiymətsizdir.Mən bunu həmişə deyirəm ki, dünyada yeganə prezidentin xanımıdı ki, xalqına xidmət edir.Məktəblər tikdirir,imkansızlara əl tutur.Bu hansı ölkədə var ?varsa deyin bilək.
Sonda Xalqinfo.az xəbər portalına da təşəkkür edirik.

Sahilə Məmmədova
"İlham Əliyevin 55 yaşlı əsgəriyəm"Öldürməyə hazıram-Azər Mirzəyev

Şərh Yaz
ŞƏRH(1)

vətənpərvər biri 24 avqust 2014 18:26
İlham Əliyevin 55 yaşlı əsgəriyəm düzəlişini edin.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler