» » Erkən nigaha və açıq-saçıqlığa mütləq ictimai qınaq olmalıdır-Müsahibə

Erkən nigaha və açıq-saçıqlığa mütləq ictimai qınaq olmalıdır-Müsahibə

Bölmə: SÖHBƏT, MANŞET
Erkən nigaha və açıq-saçıqlığa mütləq ictimai qınaq olmalıdır-Müsahibə

Qadına əvvəl ailə, sonra karyera lazımdır...
Xalqinfo.az xəbər portalı olaraq Azərbaycan qadının cəmiyyətdəki rolundan söhbət açacaq və ictimai-siyasi faəliyyətlə yanaşı ailə münasibətlərinin sistemli aparılmasında nələrin vacib olduğunu aydınlaşdırmağa çalışacağıq. Erkən yaşlarında gəncləri ailə qurmağa təhrik edən valideynlər nə zaman dizlərinə döyür, buna işıq salmışıq. Orta ümumtəhsil məktəblərində qız uşaqlarını təhsildən yayındıran valideynlərə müraciət və tövsiyələrdən sizi də hali edəcəyik. Açıq-saçıq geyimli qadınlara qarşı ictimai qınağın olmasını vacib bildik. Belə milli və mənəvi əhəmiyyətli problemlərin aktuallığını nəzərə alıb bu və ya digər suallarımıza aydınlıq gətirmək istəyi ilə ictimai-siyasi fəal qadın, politoloq, Tofiq Bayram fondunun Prezidenti Svetlana Bayramova ilə həmsöhbət olduq.

Svetlana Bayramova ilə qadınlarla bağlı maarifləndirici ruhlu müsahibəni sizlərə təqdim edirik.

Svetlana xanım, ictimai-siyasi fəal qadın ailə həyatı qurmayıbsa, övlad şirinliyini dadmayıbsa, karyeranı ailədən üstün tutubsa belə xanımların ana haqqından,
övlad məhəbbətindən danışmağa haqqı çatırmı?


Mənim analıq təcrübəm imkan verir ki, sizin sualınıza başqa asbektdən cavab verim. Siz gənclərdən fərqli olaraq bir qadın və ana olaraq belə fikirləşirəm ki, qadın özünü ictimai-siyasi fəaliyyətə həsr edibsə ana haqqından da, övlad məhəbbətindən də danışmağa haqqı var. Əgər xanım öz şəxsi talehini erkən yaşlarında ictimai-siyasi fəaliyyətə bağlayırsa və ailə həyatını vaxtında qura bilmirsə sonra çox gec olur. Yaxşı olar ki, qadın əvvəlcə ailə həyatı qursun, müəyyən bir dövrdən sonra ictimai-siyasi fəaliyyətlə məşğul olsun. Bu 30 yaşdan sonra olsa daha yaxşı olar.Bəzən elə fədəkar qadınlar olur ki, daxili hislərini, başqalarında taparaq mənən rahatlaşırlar. Tanımadıqları yad uşaqları övladlığa götürür, öz doğması kimi baxır. Elə xanımlar da var ailə həyatı qurmasa da onlarla gəncə dayaq olur, xeyirxah əməl sahibi olur. Hər halda belə xanımların övlad şirinliyindən, ana haqqından çıxış etməyə haqları çatır. Gənc yaşında fikir və düşüncələrini karyera qurmağa sərf edən qadınlar sonda bu boşluğu hiss edirlər. Bir də görürsən karyera yolunda bəzi qadınlar utanc gətirən hərəkətlərə də yol verirlər. Bu da ailə qurulması məsələsində əngələ çevrilən mənfi amillərdən biridir. Hansısa qadın deyirsə ki, ictimai-siyasi fəaliyyətlə məşğul olmuşam, ona görə ailə qurmamışam, şübhəsiz ki, belə xanımların səmimiyyətinə inanmaq olmaz. Belə bir məşhur deyim var ki, “düzgün tərbiyə olunmuş övladlar bizim xoşbəxt qocalığımızdır, düzgün tərbiyə olunmamış ovladlar isə bizim bədbəxt qocalığımızdır”. Övlad tərbiyəsi, ailə münasibətləri elə qurulmalıdır ki, ailə möhkəm və davamlı olsun. Ailə balaca qaladır, onun gözətçisi ailənin sahibi, həyat yoldaşıdır. Həmin qalanın xidmətində duran övladlardır. Ailə müqəddəsdir. İstəməzdim ki, qadın karyeranı ailədən üstün tutsun.Qadın öncə öz evinin xanımı olmalıdır, ehtiyac yaranarsa ictimai-siyasi fəaliyyətlə də məşğul olmağı bacarmalıdır. Mən şəxsən bir qadın olaraq karyera və ailə seçimi arasında qalsam tam səmimiyyətlə deyirəm ki, ailəni seçərdim. Misal olaraq deyə bilərəm ki, Marqrit Tiççer əvvəl ailə həyatı qurur və bir müddət ailə qayğıları ilə məşğul olur və müəyyən bir dövrdən sonra ictimai- siyasi fəaliyyətə başlayır və siyasətdə çoxlu uğurlara nail olur. Belə nümunəvi qadınların həm dünyada, həm də Azərbaycanda sırasını artırmaq olar. 18-20 yaşında siyasətə qoşulmaq çox vaxt qadına xoşbətlik gətirmir. Ailə təməli möhkəmləndikdən sonra ictimai-siyasi fəaliyyətə qoşulmaq müsbət nəticələnə bilər. İlk növbədə həyat təcrübəsi toplamaq lazımdır. Tanrı tərəfindən qadınlara bir neçə müqqədəs vəzifələr verilibdir. Beləki, qadın ailə həyatı qurmalıdır, qadın bir kişini xoşbəxt etməlidir və övlad dünyaya gətirməlidir. Ona görə hər bir qadın həyatda öz varlığını, başqalarına lazımlılığını dərk etməli və ailə xoşbəxtliliyinə can atmalıdır.
Svetlana xanım acı da olsa bir həqiqətdir, əksər ailələr çox erkən yaşlarında qızları ərə verirlər, xüsusən də, cənub bölgəsində belə hallara daha çox rast gəlinir. Sizcə

Erkən nigah ailə dağılmasına, ailədə təcrübəsizliyin, ailə münasibətlərinin korlanmasına səbəb olurmu və çıxış yolunu nədə görürsünüz?

Erkən nigahlara müxtəlif asbektlərdən yanaşanda görürük ki, erkən nigahalar ailə məsələsində təhlükə mənbəyidir. Bu cür nigahlara girən qız uşaqlarında həm psixoloji, həm də fzioloji baxımdan problemlər olur. Erkən yaşda qızları ərə vermək həm tibbi baxımdan, həm də şəriət baxımından düzgün deyil. Erkən nigahlar bəzən ailədə uşaqların çoxluğundan, bəzən də məqsədli şəkildə və şəxsi maraqlara görə yaranır. Belə nigahlara təkcə cənub bölgəsində deyil bütün bölgələrimizdə rast gəlinir. Təəssüf hissi ilə deməliyəm ki, bəzi valideynlər maddi təminat naminə övladını satır və digər xoşagəlməz hərəkətlərə yol verirlər. Ola bilsin ki, belə valideynləri uşaqlarının gələcək həyatı, onlara göstərməli olduqları valideynlik nəvazişi, onların daxili hiss və arzuları - bir sözlə, heç nə maraqlandırımır. Belə hərəkətlərə yol verən valideyn, övlad nifrətini qazanmaqla yanaşı Allah və bəndə qarşısında da günah qazanır. Övladlarınızın qeydinə qalın, əziz valideynlər! Unutmayın ki, uşaqlar bizim gələcəyimizdir.

Azərbaycan qadınlarının geyimi sizi qane edirmi? Niyə mənəvi saflığa yox açıq-saçıq geyimə üstünlük verirlər bəzi xanımlar...?

Dünyanın bir çox ölkələrində olmuşam. Avropalı qadınların da geymini görmüşəm,amma belə açıq- saçıqlığa rast gəlməmişəm. Onlar harada nə geyinməyin yerini bilirlər. Təbii ki, yüngül əxlaqlı qadınlar dünyanın hər yerində mövcuddur. Yalnız belə qadınlar çirkin əxlaqa uyğun olmayan yerlərdə belə geyinirlər. Xaricdə ciddi fəaliyyətlə məşğul olan və universitetlərdə təhsil alan qızlar belə geyimlərə yol vermirlər. Dünyanın bir çox ölkələrində, xüsusi ilə də Avropda insanlar rahat geyimə üstünlük verirlər. Qısa geyimlə heç bir qadın özünü rahat hiss edə bilməz. Çünki, qeyri - ixtiyari olaraq diqqət cəlb edirlər. İnsana diqqət çox olanda yerişini də, davranışını da itirir, özündə çox böyük diskonford yaradır. Bu mənada tibbi nöqteyi nəzərdən, eyni zamanda sosioloji və estetik baxımından bu şəkildə küçəyə çıxması düzgün deyil. Normadan kənar nə varsa çirkinliyə gətirib çıxarır.Çalışın hər işinizi normasında edin!..

Qadın bilir ki, açıq-saçıq geyimdə ona diqqət edənlər çox olur, bunu bilərəkdən edir, sizcə bizim xanımlara belə hərəkətlər yaraşırmı?

Bəzi qadınlarda psixoloji problemlər olduqda və yaxud özünə diqqət görmədikdə özündə kompleks yaradır və bu cür açı-saçıq geyimlərlə diqqət cəlb edir. Hüseyn Cavid deyərdi “Qadın gülərsə bütün bəşəriyyət gülər, sürüklənən bəşəriyyət qadınla yüksələr”. Tarixən bizim klassiklər qadına çox yüksək dəyər veriblər. Yolunu azmış istənilən bir qadına qarşı ictimai qınaq olmalıdır. Təəssüflər olsun ki, belələrini tərbiyə etmək əvəzinə, onları daha yaxın buraxırıq. Hətta bəzən televiziyalarda nümunəvi qadın kimi, şou müğənnilərini və modelyarları təqdim edirlər, ziyalı qadınlar isə qalır ikinci planda... Yaxşı olar ki, dəyərlərimizə yad olan ünsürləri tez götürən qadınlara qarşı gözü açıq olub mübarizə aparaq. Xanımlarımıza gəldikdə isə açıq-saçıqlıdan uzaq olun. Dinimiz özü bu cür geyinənləri lənətləyir. Çalışın sözünüzlə, əməliniz bir olsun. Yad üsürlərdən uzaq olun. Unutmayın ki, biz Azərbaycan qadınlarıyıq, nənələrimizin qeyrət mücəssiməli nümunələrini gələcək nəslə ötürək. Fürsətdən istifadə edib xalqinfo vasitəsi ilə qadınlarımıza xöşbəxtlik və səadət arzulayıram...

Əksər kənd yerlərində valideynlər qız uşaqlarına orta məktəbə getməyi icazə vermirlər, sizcə valideynləri bu cür addım atmağa vadər edən səbəb nədir?

Bu məsələyə sosial baxımdan yanaşmaq da olar. Bəzi valideynlərin övladları çox olur,övladların arasında seçim edir.İmkansızlıqdan oğlan uşağının oxumasına fikir verirlər. Elə valideynlər var ki,onların məktəbli geyimi almağa belə imkanı çatmır. Bəzən də elə olur ki, bir tayfada qızın oxumasına qısqanclıqla yanaşılır. Buna görə də qız uşaqlarının təhsilinə şərait yaratmırlar. Kənd yerlərində kənd təsərrüfatında texnikalara xərc çəkməmək üçün, ucuz başa gəlsin deyə qız və qadınların əməyindən istfadə edirlər.Bu cür hallarda qızın orta təhsil alması önəmli olmur, ona görə ki, bəsit fikir də olsa düşünürlər ki, qızlar gec-tez ər evinə gedəcək. Nəyə lazımdır ki, xərc çəkilsin qız bu gün var, sabah yoxdur deyirlər. Belə düşünən valideynlərə sizin portal vasitəsi ilə deyirəm, qız uşaqlarını təhsildən yayındırmayın, qoyun oxusunlar, peşə sahibi olub həyat yoldaşlarına dəstək olsunlar. Onu da qeyd edim ki, qız uşaqları oğlanlara nisbətən daha çox intelektual və zehnli olurlar. Biz hər birimiz istəməliyik ki, ailəmizdə xanımlar həm savadlı, həm də evdar olsunlar. Bunun ikisini birləşdirdikdə xoşbəxt ailələrimizin sayı hər-gün artacaq. Sizə təşəkkür edirəm ki, ürəyimdə olan sözləri bir Azərbaycan qadını kimi söyləməyə xalqinfo.az xəbər portalında şərait yaratdınız. Sizə belə mövzulara müraciət etdiyiniz üçün, nümunəvi fəaliyyət və xalqımızın maarifləndirilməsi istiqamətindəki fəaliyyətinizdə uğurlar arzulayıram.
P.S. Biz də milli və mənəvi əhəmiyyətli müsahibəyə görə sizə dərin təşəkkürümüzü bildiririk.

Zamin Zeynal
Erkən nigaha və açıq-saçıqlığa mütləq ictimai qınaq olmalıdır-Müsahibə

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler