» » Məmməd Arazın xeyir-duasını almış şair.

Məmməd Arazın xeyir-duasını almış şair.

Bölmə: SÖHBƏT
Məmməd Arazın xeyir-duasını almış şair.
"Xalqinfo" Azərbaycanın dəyərli ziyalılarından biri,şair-publisist Dilsuz Musayevin yaradıcılığının bəzi hissəsini oxuculara təqdim edir.Dilsuz Musa Oğlu Musayev 1948-ci il fevral ayının 10-da Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur.1966-cı ildə Saraçı kənd orta məktəbinin 11-ci sinifini,1973-cü ildə isə Azərbaycan Dövlət Pedoqoji Dillər İnstitutunu (indiki BSU-nu) bitirmişdi.Təyinatla Tərtər rayonuna göndərilmiş,1973-1979-cu illərdə həmin rayonun Hacıqərvənd(Kolanı) kəndində rus dili və ədəbiyyat müəllimi işləmişdir.1980-84-cü illərdə Bakı şəhərindəki 5-saylı kimya-biologiya təmayüllü internat məktəbində ixtisası üzrə müəllim işləmişdir.1985-ci ildə Respublika “Bilik”Cəmiyyətinin Abşeron rayon şöbəsinin sədri işləmişdir.1986-88-cimillərdə Abşeron rayon Partiya Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır.1987-ci ildə Qardaşlaşmış şəhərlərdə qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək və qabaqcıl təcrübə mübadiləsini genişləndirmək məqsədilə Bolqarıstan Xalq Respublikasına gedən nümayəndə heyətinin rəhbəri olmuşdur.1989-cu ildən Qarabağ Xalq Yardımı Komitəsində təlimatçı,ümumi şöbə müdiri,Komitə Sədrinin birinci müavini olmuşdur.Dilsuz Musaye beş kiab müəllifidir.Dilsuz Musayev Finlandiya,Norveç,Polşa,Avstriya,İspaniya olkələrində dilçilik məsələlərinə aid konfranslarda iştirak etmişdir. 1964-cü ildən müxtəlif səpkili məqalələrlə,resenziyaları,şeir və tərcümələri ilə dövrü mətbuatda çıxış edir.Dilsuz Musayev iki övlad atasıdır.

Bir şeir nümunəsi.

Bir sirli dünyayam-oxuyan olsa,
Deməyin əyilib,sınıbdı qəddim.
Bir əlvan xalıyam-toxuyan olsa,
Mənim ilmələrim qədimdən qədim.
Ardı var.....
Məmməd Arazın xeyir-duasını almış şair.
Məmməd Arazın xeyir-duasını almış şair.
Məmməd Arazın xeyir-duasını almış şair.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler