» » LAÇIN HƏSRƏTLİ, ANA NİSKİNLİ, MƏHƏBBƏT DƏRDLİ-

LAÇIN HƏSRƏTLİ, ANA NİSKİNLİ, MƏHƏBBƏT DƏRDLİ- NATİQ DAĞLAROĞLU

Bölmə: SÖHBƏT, BLOK XƏBƏR
LAÇIN  HƏSRƏTLİ,  ANA NİSKİNLİ, MƏHƏBBƏT  DƏRDLİ-

LAÇIN HƏSRƏTLİ, ANA NİSKİNLİ, MƏHƏBBƏT DƏRDLİ, NATİQ DAĞLAROĞLU
ACILI GÜNLƏRİM, XOŞ XATİRƏLƏRİM DƏ ÇOX OLUB, BİR TƏSƏLLİ VERİN MƏNƏ...

Xalqinfo.az xəbər portalı milli muğamımızı və poetik fikirli ziyalılarımızın cəmiyyətə təqdim edilməsi istiqamətində milli özünüdərk yönümlü kompaniyaya start verib. Əsas məqsəd gənclərimizdə vətənpərvərlik ruhunun artırılması, milli muğamlarımızın yeni nəslə təbliği, poetik fikirli ziyalılarımızın örnək dolu yolunu gənc nəsil arasında təbliğ etməklə onların milli və mənəvi şüurunda dəyişiklik, nailiyyət əldə etməkdir. İstəkli izləyicilər! Xalqinfo.az xəbər portalının poetik fikirli qonağı çox hörmətli, layiqli azərbaycanlı, vətənpərvər ziyalı Natiq Dağlaroğludur.
Həmsöhbətim Natiq Dağlaroğlu 1972-ci ildə Laçın rayonu Arduşlu kəndində zəhmətkeş ailədə dünyaya göz açıb. Ailədə 12 uşaq olublar. Anası çox uşaqlı övlad anası olduğu üçün əmək vetranı , atası isə öz zəməti ilə dolanan sadə bir insan olub. Orta təhsilini Arduşlu kəndində alıb. Təhsil aldığı dövrdə məktəbdaxili bütün tədbirlərdə yaxından iştirak edib. Müsahibim öz həyat yolundan belə danışdı.Mən əvvəlcə Laçın rayonunda yerləşən Texniki Peşə Məktəbinə, sonra 1988-ci ildə Ağdamda fəaliyyət göstərən peşə məktəbinə daxil olaraq, orada müəllimlərin sonsuz rəğbətini qazandım, daha sonra yolumu saldım Azərbaycanın şeir- sənət mədəniyyət beşiyinə, Şuşaya. Buradakı Pedoqoji texnikuma daxil oldum, təəssüf ki, Qarabağ müharibəsi başladığından texnikumda təhsilimi axıradək almaq qismət olmadı. Bədnam, nankor ermənilərin başımıza gətirdikləri müsibətlərin ağrı-acılarını yaşamalı olduq. Tale elə gətirdi ki, təhsilimi Bakıda fəaliyyət göstərən Mədəni Maarif Texnikmunda almaqla diplomu aldım. Onu da deyim ki, diplomumu almaqda Mədəni Maarif Texnikumunun o dövrdə direktoru olmuş Mikayıl Mirzənin köməkliyi yadımdan çıxmaz, Allah ona rəhmət eləsin! O,dövr çox ağır illər idi. Biz gənclər bu çətin günləri yaşamağa məhkum idik. Onu da qeyd edim ki, dövrün acılı-əzablı günlərində 1993 – cü ildə Ticarət Texnikumuna daxil oldum. Bu həyatımda çox önəmli xatirələrlə yadda qaldı. Texnikumda qrup yoldaşıma təmiz-saf məhəbbətlə eşq elan etdim, şeirlər yazdım, bizə oxudu... ailə həyatımdan çox razıyam, ailəmdə 5 uşaq dünyaya gəldi. Uşaqlarımızın adlarını anam qoydu. Bundan gözəl mənə nə xoşbəxtlik olardı,adlarını deyim! Zeynəb, Adilə, Məhəmməd, Ayişə, Zəkəriyyə. Övladdan şirin nə olar ataya... biraz gec görəndə burnumun ucu göynəyir. Anamsız dünya mənə dar gəlir,anam dünyasını dəyişəndə sanki, yer göy titrəyirdi qəlbimdə, Laçın da, Arduşdu da ağlayırdı öz torpağında,yurdunda dəfn edilməsinə haray edirdi. Neynəmək olardı, tale ilə barışmalı olursan! Allah üzünə qara çəksin ermənilərin! Eziz dostum Zamin bəy! Acılı xatirələr, əzablı günlərim o qədər çox olub ki, hansını deyim, desəm kövrələcəksiniz! Deyin Natiq bəy, ürəyinizi boşaldın!Atam Laçının işğalından bir neçə gün qabaq rəhmətə getdi. Ata itgisi, vətən itgisinə qarışmışdı, biz də bir övlad kimi yas mərasimi düzəltmişdik,yas çadırı qurulu qaldı. Doğma yurd-yuvamızı tərk etməyə məcbur idik. Yükümüzü yığdıq zil markalı yük maşınına köçdük elimizdən, doğma Arduşludan... Qubadlını, Zəngilanı keçərək gəldik Səlyan rayonuna.Bakı - Astara magistral yolunun üstündə yerləşən Texniki Peşə Məktəbinin yataqxanasına yerləşdik. Səlyan camaatı bizi doğmalıqla qarşıladı,onlarla xeyir-şər münasibətində mehriban olduq. Hətta, atamın qırx mərasimini Səlyanda keçirdik. Səlyanda insanlar bizə istiqanlı olsalar da, qohum –aşınamız Sabirabad rayonunda 174 saylı peşə məktəbinə yerləşmişdilər. Anam deyərdi , bala, gedək qohumlarımızın yanına. Beləcə ,gəldik Sabirabada...Bir neçə il keçdikdən sonra başqa bir faciəli gün yaşamalı olduq. Qardaşım Xocalı rayon polis şöbəsində işləyirdi. İşlə əlaqədar Mərdəkanda xidmətini davam etdirirdi. 1995 - ci ildə qardaşım metro hadisəsində dünyasını dəyişdi.Bu həyatımda növbəti bir ağır itki oldu.. 2 balasını böyütdüm, qızına el adəti ilə tanınmış şadlıq saraylarının birində toy etdim, sağ olsun sənətçi dostlarım məni tək qoymadılar. Allah rəhmət eləsin Məhəbbətə həmişə mənə təsəlli verirdi, yanımda olurdu. Elə, o məclisdə də yanımda idi... Məhəbbətlə bağlı mənə çox xatirələr nəsib olub. Məhəbbət Kazımov sözün əsl mənasında vətənə, elə, obaya, dosta-qardaşa sadiq olan azərbaycanlı idi. Laçının düşmən əlində olmağı qəlbini göynədir,saçlarına dən salırdı Məhəbbətin... Məhəbbət vətəndən kənarda olanda darıxardı Azərbaycan üçün.Vətənə dönüb Hava limanına düşəndə torpağına, daşına, oduna, suyuna, mətbəxinə qurban olum ,Azərbaycan,deyərdi. Mən məhəbbətdən çox gör-götür etdim, buna daxildi səhnə mədəniyyəti, nitqin ifadə tərzi və.s. Məhəbbətin ölümü bütün Laçın elini sarsıtdı, məni isə əbədi kövrəltdi, eloğlu itirmək Dağlaroğluna çox ağır oldu. Mənim üçün bütün güneyli-quzeyli Azərbaycanın hər bir qarışı əzizdi,doğmadı. Natiq müəllimlə söhbətimizin şirin yerində Cənubi Azərbaycanlı qardaşlarımızdan biri telefon açdı. Bu qardaş zəngi həm də uzun illərin həsrətini ifadə edirdi. Ulu öndər,Heydər Əliyevdən stat gətirib ’’ Mən Həmişə Fəxr Etmişəm, Bu Gün də Fəxr Edirəm ki, Mən Azərbaycanlıyam ’’ deyərək, həsrətini,acısını ifadə etdi. İnşallah itirilmiş bütün torpaqlarımız geri qayıdacaq, həmvətənlərimiz birlikdə çalışaraq,yaxşı və pis günlərdə birlikdə olacaq. Çox hörmətli Natiq Dağlaroğlu ilə söhbətimiz bir yazıya sığmaz, Dağlaroğlundan hələ çox yazacağıq. Çünki belə poetik düşüncəli, vətənpərvər oğullarımıza xalqımızın böyük ehtiyacı var. Natiq Dağlaroğlu! Sözlü, sazlı, saf bulaqlı Laçında görüşmək ümidi ilə...
Zamin Zeynal
LAÇIN  HƏSRƏTLİ,  ANA NİSKİNLİ, MƏHƏBBƏT  DƏRDLİ-
LAÇIN  HƏSRƏTLİ,  ANA NİSKİNLİ, MƏHƏBBƏT  DƏRDLİ-
LAÇIN  HƏSRƏTLİ,  ANA NİSKİNLİ, MƏHƏBBƏT  DƏRDLİ-
LAÇIN  HƏSRƏTLİ,  ANA NİSKİNLİ, MƏHƏBBƏT  DƏRDLİ-
LAÇIN  HƏSRƏTLİ,  ANA NİSKİNLİ, MƏHƏBBƏT  DƏRDLİ-
LAÇIN  HƏSRƏTLİ,  ANA NİSKİNLİ, MƏHƏBBƏT  DƏRDLİ-



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler