» » Bir ovuc torpaq yeyerdim:


Bir ovuc torpaq yeyerdim: Habil Laçınlı-Video

Bölmə: SÖHBƏT, BLOK XƏBƏR
Bir ovuc torpaq yeyerdim:
Azərbaycanın tanınmış müğənnisi,toylar kralı Habil Laçınlının Xalqinfo. az xəbər portalına müsahibəsi.
Habil müəllim siz tanınmış müqənni və xalqın içində olan müğənnisiz. İstərdik özünüz haqqında məlumat verəsiz.

Mən körpəlikdən bu sənətdəyəm. 1989-cu ildən tanınırdım.Ağdam rayonu musiqi məktəbində oxuyurdum.Musiqiçilərimiz var ahıl yaşında tanınırlar ancaq mən gənc yaşlarından tanınmışam. Bir neçə xarici ölkədə səfərlərdə olmuşam.
Uşaqlıqda mənə " bala xan " deyirdilər, Ans -də toylar kralı oldum xalqımızın dəstəyi ilə minnətdaram xalqıma.Gələcəkdə də naliyyətlər cox olacaq.
Habil müəllim Laçın gənclərin necə görürsünüz?
Bizim İcra başçısının gözəl sözü var. Əsgər və musiqiçilər çox olmalıdır. İndi vətənpərvər gənclərimiz çoxdu .Ancaq daha çox olmalıdır.Laçının adına layiq.Laçın zirvədi.Cənab Prezidentimizin dəstəyi ilə biz tarixi doğma torpaqlarımıza qayıdacağıq.
Siz özünüzə kimi rəqib görürsünüz?
yaxşı oxuyanlar var ancaq azdır.Misal olaraq deyə bilərik Ehtiram Hüseynovu ,İlkin Əhmədovu bunlar gözəl oxuyur. Şah sənətçimiz Məhəbbət kazımov əl çatmazdı.Allar rəhmət eləsin Məhəbbət Kazımov öz ansanbılın mənə tapşırdı getdi. Bu mənim üçün böyük məhsuliyyətdir. Mən zəif oxuyanı da güclü oxuyanıda həmişə özümdən üstün tuturam,bu mənim tərbiyəmnən aslı olan məsələdir.
Rəhmətlik Məhəbbət Kazımovun sizin inkişafınızda rolu olub?
Bizim kənd qırx qız dağının ətəyində yerləşirdi.Biz Laçının Nürəddin kəndinnənik. Orada bizim kəntdə toy vardı, məndə kəndin qabağında quzu otarırdım.Mənə dedilər Əkbərin toyudur məndə pis oldum ki, toya gedə bilmirəm quzu otarıram.Məni apardılar toyxanaya biraz oxudum. Mənim ikl müəllimim qohumum Neymət olub.Musiqi təhsili olmasa da ondan çox şey öyrəndim.Mənə gülürdülər lampa işığında mənə öyrədirdi ,qıraqdan baxıb mənə gülürdülər. Nemət deyirdi ki,vaxt gələcək Habil tanınmış müğənni olacaq onda güldüyünüzə görə pis olacaqsınız.Quzunun yanından toya gedəndən sonra, oxuyan Əlövsət müəllim mənə dərs dedi.Xan Şuşiniski adına musiqi məktəbində oxudum.Məktəbin direktoru Rafiq müəllim səsimə baxdı götürdü.Beş il onun evində qaldım.Sonradan 1992-ci ildən məcburi köçkünlük həyatı başladı dədə-baba torpaqlarımızı itirdik.Buna görə bir ara sənətdən uzaqlaşdım.Oğuz rayonunda yaşayırdıq ,bir gün Rəhmətlik Məhəbbət Kazımov gəldi Oğuza dedi sən Bakıya gəl .Məni gətirdi işə düzəltdi sənətimi davam etdirdim. Mənim sənətə qayıtmağımı Məhəbbət Kazımov elədi.O bizim Ustadımız kimi yaddaşımızdadır.Natiq qardaşımız sağolsun Dağlar oğlu da mənə çox köməyi olub.Ancaq Natiq Dağlar oğlunun köməyi çox oldu.
İstərdiniz Övladınız sizin yolunuzu getsin?
Mənim övladımı istəmirdim ki, musiqiçi olsun bir gün gördüm ki, qabal səsi gəlir dedilər Əli oxuyur,bacım məndən xəbərsiz aparıb musiqi məktəbinə.Gürcüstanda birinci oldu ermənini də orada uddu.Müəllimi də Barat müəllimdir.Mənsum müəllimində Əlinin üzərində əziyyəti çoxdur sağolsunlar.
Azərbaycanda gənclərin muğama münasibəti necədir?
Sağolsun Mehriban xanım Əliyevə.Milli sərvətimiz olan Muğamımızı qaldırdı.Onun qarşısında baş əyirəm.Muğam böyük sərvətdir.
Vətənpərvərlik ruhunun inkişafında musiqinin rolun necə qiymətləndirirsiniz?
Əlbətdə vətənpərvər musiqilər var ,ancaq azdır.Məsələn çıx bir təpəyə Qarabağ şikəstəsin oxu ancaq yaxşı oxu gör necə döyüş ruhu gəlir.Laçınm mahnısı oxunanda istəyirsən ov tüfəngidə olsa döyüşə gedəsən.Budur vətənpərvərlik ruhun qaldırmaq.Bundan əlavə hər dəfə Bərdə rayonuna gedəndə Qırxqız dağın görəndə dəhşətə gəlirəm uşaqlıqda quzu otardığım yerlər yadıma düşür.Laçını istəyirik döyüşnən alaq. Ali Baş Komanda Cənab Prezidentimizin döyüş əmrin gözləyirik.
Habil müəllim belə bir imkan yaransa Laçına getsəniz ne edərdiniz?
Səmimi deyim inanın bir ovuc torpaq yeyerdim.Yaş artdıqca insan kövrəkləşir Vətənə bağlanırsan.Yaşlandıqca orta məktəbdə qıza aşiq olan kimi Laçına eşq elan edirem.Uşaqlıq eşqi çox saf olur.
Habil müəllim son sözünüz
Sonda arzu edirem ki,belə bir müsahibəni Laçın rayonunda götürəsiz "Xalqinfo" olarıq.Allah sizə uğur versin.
XALQİNFO.AZ

Bir ovuc torpaq yeyerdim:
Bir ovuc torpaq yeyerdim:


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler