DataLife Engine > Siyasət, Dünya, BLOK XƏBƏR > Ermənistanda Şuşalı prezidentliyə namizəd kimi təsdiqləndi

Ermənistanda Şuşalı prezidentliyə namizəd kimi təsdiqləndi


24-12-2014, 13:01. Yerləşdirdi: Kainat   Ermənistanda Şuşalı prezidentliyə namizəd kimi təsdiqləndi

Ermənistanın müdafiə naziri Seyran Ohanyan təxminən bir ay əvvəl Serj Sarkisyan və Robert Koçaryanın baş tutan görüşündə əsas müzakirə mövzusu olub. Xalqinfo.az ANS PRESS-ə istinadən bildirir ki, bunu Ermənistanın "Haykakan Jamanak" qəzeti yayıb.

Qəzetin yazdığına görə, Serj Sarkisyan Robert Koçaryana 2018-ci il Ermənistan prezidentliyinə əsas namizədin Seyran Ohanyan olacağını bildirib. Sarkisyanın Koçaryana Seyran Ohanyanın Ermənistan prezidenti seçilməsinin onun üçün də sərfəli olduğunu çatdırıb.

Ermənistanda hakimiyyətdə olan "Qarabağ klanı" liderlərinin görüşündə əslən şuşalı bir nəfərin namizəd kimi təsdiqlənməsinin heç də tasadüfi olmadığı bildirilir. Belə ki, "Qarabağ klanı" hakimiyyəti "öz adamı"na ötürməklə Dağlıq Qarabağ problemini bir az da uzatmağı planlaşdırır. Ordu və güc strukturları əlində olan və Qarabağda dinc sakinlərin qırğınlarının əsas təşkilatçısı və icraçılarından olan Seyran Ohanyanın hakimiyyətə gətirməklə Serj Sarkisyan özü üçün də təhlükəsiz şərait qurmağa çalışır.

Ancaq istənilən halda yerli ermənilərin "Qarabağ klanı"na nifrəti fonunda Sarkisyanın varis planının iflasa məhkum olduğunu düşünmək olar.
Geri qayıt