DataLife Engine > Siyasət, BLOK XƏBƏR > Nazarbayev və Lukaşenko İlham Əliyevi təbrik etdi

Nazarbayev və Lukaşenko İlham Əliyevi təbrik etdi


22-12-2014, 18:10. Yerləşdirdi: Esi Nazarbayev və Lukaşenko İlham Əliyevi təbrik etdiQazaxıstan və Belarus prezidentləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər.

Xalqinfo.az aznews.az -a istinadən xəbər verir ki, təbrik məktublarında deyilir:

“Zati-aliləri, doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin hərtərəfli fəaliyyətinizi, Azərbaycan Respublikasının inkişafı naminə şəxsi təşəbbüs və səylərinizi yüksək qiymətləndirirəm.

Qazaxıstan qardaş Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Dövlətlərimiz arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin genişlənməsi bunu təsdiq edir.

Zati-aliləri, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji və fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.
Ən xoş arzularla, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev”.

***

“Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin uzaqgörən, dəqiq strateji siyasətiniz, təşkilatçılıq istedadınız, ən mürəkkəb məsələlərin həllinə əsl dövləti mövqedən yanaşmağınız Sizə xalqın sevgisini, həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda dərin hörmət və böyük nüfuz qazandırıb.

Belarus ölkələrimiz arasında bütün istiqamətlər üzrə inkişaf edən, açıq dialoqa və tam qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirir.

Əminəm ki, Belarus ilə Azərbaycan arasında möhkəm dostluq, qarşılıqlı dəstək və etimad ənənələri bundan sonra da xalqlarımızın rifahı naminə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin etibarlı təməli olacaq.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və qarşıya qoyduğunuz məqsədlərə nail olmaqda yeni uğurlar arzu edirəm.
Hörmətlə, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko”.

Geri qayıt