DataLife Engine > Siyasət, Dünya > Britaniya Estoniyaya geniş miqyaslı qoşun və texnika yerləşdirəcəyini bildirib

Britaniya Estoniyaya geniş miqyaslı qoşun və texnika yerləşdirəcəyini bildirib


30-01-2022, 03:55. Yerləşdirdi: Tural Britaniya Estoniyaya geniş miqyaslı qoşun və texnika yerləşdirəcəyini bildirib
Böyük Britaniya Estoniyadakı hərbi kontingentinin sayını iki dəfə artırmaq və Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar müdafiə silahlarının ötürülməsi imkanlarını nəzərdən keçirir.

“Report”un məlumatına görə, bu barədə Britaniya Baş nazirinin mətbuat xidməti bildirib.

"Baş nazir NATO-nun bütün mümkün yardımını nəzərdən keçirir və müttəfiqlərini qorumaq üçün Böyük Britaniya ordusunu gücləndirməyə çalışır. Böyük Britaniya qoşunlarının sayını iki dəfə artırmağı və Estoniyaya müdafiə silahları göndərməyi nəzərdən keçirir. NATO üzrə müttəfiqə reaktiv təyyarələr, döyüş gəmiləri və hərbi mütəxəssislər göndərilə bilər”, - xəbərdə deyilir.

Qeyd olunur ki, Britaniya nümayəndələri gələn həftə Brüsseldə NATO nümayəndələri ilə təklifin yekun detallarını razılaşdıracaq, nazirlər bazar ertəsi hərbi variantları müzakirə edəcəklər.
Geri qayıt