DataLife Engine > Siyasət, Dünya, BLOK XƏBƏR > Haitinin öldürülən prezidentinin xanımı sui-qəsddən sonra ilk müraciətini edib

Haitinin öldürülən prezidentinin xanımı sui-qəsddən sonra ilk müraciətini edib


11-07-2021, 10:25. Yerləşdirdi: Tural Haitinin öldürülən prezidentinin xanımı sui-qəsddən sonra ilk müraciətini edib
Haiti prezidenti Jovenel Moizin xanımı Martin Moiz xəstəxanaya yerləşdirildikdən sonra ilk açıqlamasını verib.

Trend-in məlumatına görə, M.Moiz hadisə zamanı ərinin yanında olub və hücum zamanı yaralanıb.

Hazırda xanım Moiz Mayamidə müalicə alır.

O, "Twitter" hesabında yerləşdirdiyi paylaşımda ərinin düşmənlərini qınayaraq onları Jonevel Moizin "xəyallarını, görüşlərini, ideologiyasını öldürmək" istəməklərində günahlandırıb.

M.Moizin sözlərinə görə, onun həyat yoldaşı "yol layihələri, su və elektrik təchizatı, referendum və seçkilərin təşkili" səbəbindən öldürülüb.

Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz iyulun 7-nə keçən gecə öz iqamətgahında öldürülüb. Qətldə 26 kolumbiyalı və iki haitili mənşəli amerikalının iştirak etdikləri bikdirilir.
Geri qayıt