DataLife Engine > Siyasət, Dünya > ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Kerri Moskvaya səfər edəcək

ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Kerri Moskvaya səfər edəcək


9-07-2021, 09:27. Yerləşdirdi: Tural ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Kerri Moskvaya səfər edəcək
ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri 12-15 iyul tarixlərində Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri Rusiya hökumətinin nümayəndələri ilə qlobal iqlim gündəminin artırılması üzrə müxtəlif məsələləri müzakirə etmək üçün 12-15 iyul tarixlərində Moskvaya səfər edəcək".

Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi XİN rəhbəri Sergey Lavrovun gələn həftə Con Kerri ilə görüşü olacağını açıqlamışdı.
Geri qayıt