DataLife Engine > Siyasət, MANŞET > Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO


12-12-2014, 10:29. Yerləşdirdi: Esi Prezident Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOAzərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

Xalqinfo.az apa-ya istinadən bildirir ki, prezident İlham Əliyev Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Dövlət başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın, dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri qoyub.

Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində prezidentin ailə üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclis üzvləri iştirak ediblər.

Bu gün Heydər Əliyevin vəfatından 11 il ötür. O, 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
Geri qayıt