DataLife Engine > Siyasət, BLOK XƏBƏR > 54 saylı dairədən deputatlığa namizədlər Prezidentə müraciət etdi

54 saylı dairədən deputatlığa namizədlər Prezidentə müraciət etdi


15-02-2020, 02:01. Yerləşdirdi: Tural 54 saylı dairədən deputatlığa namizədlər Prezidentə müraciət etdi







54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən qeydə alınmış müstəqil namizədlər Prezident İlham Əliyevə müraciət edib.

Cebhe.info-nun xəbərinə görə, müraciətdə bildirilir:

“Biz-54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən qeydə alınmış müstəqil namizədlər təbliğat-təşviqat dövrü və seçki günü bir sıra ciddi qanun pozuntuları və seçki saxtakarlığı ilə qarşılaşmışıq. Bu qanun pozuntuları və saxtakarlıq faktları aşağdakılardır:

1. Təbliğat-təşviqat dövrün və seçki günü namizəd Sadiq Qurbanovun xeyrinə yerli icra orqanlarının prosesə kobud müdaxiləsi;
2. Seçki qutularına topa bülleten atılması;
3. Əvvəlcədən kütləvi halda bülletenlərin sol küncünün kəsilməsi;
4. Məntəqələrdə elektrik enerjisinin olmaması və səslərin qaranlıq şəraitdə sayılması;
5. Qeydə alınmış namizədə xəsarət yetirməklə fiziki təzyiqlər;
6. Vəkil edilmiş səxslərə,səlahiyyətli nümayəndələrə və müşahidəçilərə təzyiqlər;
7. Rayon ərazisində olan şirkət və dövlət idarələrinin rəhbərlərinə Sadiq Qurbanova səs verilməsi ilə bağlı təzyiqlər”.

Deputatlığa qeydə alınmış namizədlər qeyd edib ki, qanun pozuntuları ilə bağlı Mərkəzi Seçki Komissiyasına dəfələrlə müraciət olunub:

“Əlimizdə olan video-foto faktları araşdırılması üçün bu quruma təqdim etmişik. Şabran və Siyəzən rayonlarında yaşayan 52 315 seçicinin iradəsini nəzərə alaraq xahiş edirik ki, qanun pozuntularının obyektiv araşdırılması üçün işi nəzarətə götürəsiniz”.

54 saylı dairədən deputatlığa namizədlər Prezidentə müraciət etdi
Geri qayıt