DataLife Engine > Siyasət, BLOK XƏBƏR > Prezident Ərdoğanın oğlunu qəbul etdi -

Prezident Ərdoğanın oğlunu qəbul etdi -


24-12-2019, 15:34. Yerləşdirdi: Tural Prezident Ərdoğanın oğlunu qəbul etdi -
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.

Xalqinfo” xəbər verir ki, Bilal Ərdoğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından və öz adından dövlət başçısını ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Təbrikə və göstərilən diqqətə görə təşəkkürünü bildirən İlham Əliyev bu gün Rəcəb Tayyib Ərdoğan ilə telefonla danışdığını məmnunluqla qeyd edib.

Söhbət zamanı Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kubokunun final mərhələsinin Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu bildirilib, milli idman oyunlarının inkişaf etdirilməsi istiqamətində ölkələrimizin əməkdaşlığının önəmi vurğulanıb.

Qeyd edək ki, Bilal Ərdoğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğludur.


Geri qayıt