Tahir Süleymanov deputat olmayacaq
19-12-2019, 04:57. Yerləşdirdi: Tural
2020-ci il fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasından (YAP) qatılacaq namizədlərin siyahısının açıqlanacağı gözlənilir.
Xalqinfo.az xəbər verir ki, YAP-ın siyahısında gənclərin və ictimai-siyasi həyatda nüfuzlu şəxslərin olacağı istisna edilmir.
Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, sosial şəbəkələrdə ən çox müzakirə olunan şəxslərdən olan Tahir Suleymanov yenidən namizəd olmayacaq.
İctimai rəyi nəzərə alan hakim partiya məhz bu səbəbdən qarşıdan gələn seçkilərdə fikirlərinə görə tənqidə məruz qalan şəxsləri namizəd kimi göstərməyəcək.
Qeyd edək ki, Tahir Süleymanov 54 saylı Şabran-Siyazən seçki dairəsindən deputat seçilmişdir.
Geri qayıt