DataLife Engine > Siyasət > Parlament seçkilərində iştirak etmək istəyən partiyaların sayı 11-ə çatdı

Parlament seçkilərində iştirak etmək istəyən partiyaların sayı 11-ə çatdı


17-12-2019, 19:06. Yerləşdirdi: Tural Parlament seçkilərində iştirak etmək istəyən partiyaların sayı 11-ə çatdı
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha iki partiyanın – Vahid Azərbaycan Partiyasının və Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Xalqinfo.az-ın məlumatına görə, bununla da növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 11-ə çatıb.

Bundan əvvəl isə doqquz siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.
Geri qayıt